Astarada DƏHŞƏTLİ QƏZA: Bir ailənin üç üzvü yanaraq öldü-FOTO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•
Astarada baş verən qəzada üç nəfər ölüb.
Məcra.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ərçivan kəndində baş verib.
Rayonun Şiyəkəran kənd sakini, 31 yaşlı Əliyev Elman Mirzəmməd oğlunun idarə etdiyi 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı BMW markalı avtomobil idarəetməni itirərək iri tonnajlı avtomobilə çırpılıb.
Nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz dayanan Rusiya vətəndaşı, 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus yük avtomobili ilə toqquşub.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 22 yaşlı Əliyeva Fərqanə İlham qızı, onların 3 yaşlı uşaqları – Əliyeva Gülxanım Elman qızı avtomobildə yanaraq ölüblər.
Dərhal hadisə yerinə FHN-in Astara Rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən avtomobili, canlı qüvvəsi və xilasetmə qurupunun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt