Yağış yağacaq, külək əsəcək – Sabahın havası açıqlandı

XƏBƏR XƏTTİ
İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•

Martın 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometerologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gecə və səhər bəzi yerlərdə çiskinli, gündüzdən isə arabir yağıntılı olacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt