Sumqayıtda DƏHŞTLİ QƏTL: Oğul anasını öldürdü

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Fevralın 3-də saat 10:30-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 65 yaşlı Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 41 yaşlı Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəhər prokurorluğundan verilən xəbərə görə isə araşdırmalarla 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanovun Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən, yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt