Qubada sosial yardım, pensiya düzəltmək adı ilə vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı

XƏBƏR XƏTTİ
Yağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdirYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirDağ-mədən sənayesinin inkişafı prioritetdir

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ülkər Kərimova saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Məcra.az-a verilən məlumata görə, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pullunu mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Ü.Kərimovanın əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt