Cəlilabadda qoyun oğruları saxlanıldı-FOTO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərindəki 6 təsərrüfatdan ümumilikdə 12 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb.
Məcra.az xəbər verir ki, bu haqda DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Elgün Şahmarov, Bəhruz Əlizadə və bir nəfər yeniyetmə olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə dövlət qurumlarından birinin balansında olan ümumi dəyəri 1690 manat olan 13 ədəd quyu qapağını oğurlamaqda şübhəli bilinən rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Ehtibar Quliyev, Rahim Verdiyev müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt