“O mübahisədən sonra ermənilər otağımda axtarış apardılar…”-Dilqəm Əsgərov+VİDEO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Altı il yarım erməni girovluğunda olmazın işgəncələrinə məruz qalan Dilqəm Əsgərov Məcra.az-a açıqlaması zamanı Artsax haqqında danışmaq istədiyini bildirib.

Dilqəm Əsgərov bununla ermənilərin yalanını ifşa etdiyini deyib:

“Şuşa türməsində olarkən Qırmızı Xaç Komitəsi tərəfindən mənə 70-80 ədəd kitab verilmişdi. O kitablar Qarabağda ermənilər tərəfindən yığılan kitablar idi. Onların içində bir kitaba rast gəldim. Türk yazıçısı Bahəddin Ogelin kitabı idi. O kitabda türklərin yaşayışından bəhs olunurdu. Bu kitabın əslini isə müəllif Çin arxivindən götürüb. Mən o kitabda Artsax haqda yazılara rast gəldim və ermənilərlə aramızda mübahisə oldu. Mən onlara izah etdim ki, Artsax İranda olub və bunlar məndən şübhələndilər. Bildim ki, onlar bu kitabı axtaracaqlar və ona görə də həmin vərəqləri kitabdan qoparıb gizlətdim. Onlar otağımda axtarış aparsa da bu faktları tapa bilmədilər. O vərəqləri özümlə əsirlikdən evə gətirdim”-deyə Dilqəm Əsgərov deyib.

Daha ətraflı təqdim etdiyimiz videoda Dilqəm Əsgərov özü danışır:

 

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt