16 yaşlı qızı 40 yaşlı kişiyə ərə verdilər-RƏZALƏT

Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükə altındadır.

Məcra.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

İddia edilib ki, Göygöl rayonunda 2007-ci il təvəllüdlü qız 40 yaşlı kişiyə ərə verilib.

Bir müddət sonra isə qız əri ilə getdiyi toyda başqa kişiyə qoşulub qaçıb.

Həmin şəxs isə bir müddət sonra qızdan imtina edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır. “Lent.az”

PAGE TOP