“Sənə yalan dünya hələ xoş gələr…”-Gülbala Teymurun şeirləri…

Xəbər verdiyimiz kimi bu gün tanınmış şair Gülbala Teymurun doğum günüdür. Məcra.az şairin bir neçə şeirini oxuculara təqdim edir:

BU DA ALTMIŞ

Bu da altmış……
Qovşağın astanası.
Ömrün gəliri, çıxarı.
Vaqif Səmədoğlundan 15 il aşağı,
Səməd Vurğundan 10 il yuxarı.
Bu da altmış…
Elə sanırdım, yel əsib
qoz töküləcək ətəyimə.
elə düşünürdüm küləklər
bal gətirəcək hördüyüm pətəyimə.
Nə qoz töküldü,
nə də bal gəldi.
əksinə, üstümə
cavabını tapa bilmədiyim
neçə-neçə sual gəldi.
Sən demə, bu yaş
Məşədi İbadın aldadıldığı,
Məmməd Həsən kişinin
eşşəyinin itdiyi,
Şeyx Nəsrullahın
ölü diriltdiyi yaş imiş.
Bu da altmış…
Günün günortadan keçən,
Buğdanın yetişən,
Yarpağın budaqdan düşən vaxtı.
dayandırmaqmı olar
bu ağır lokomotivin apardığı
sonu görünməz  qatarı?
Saxlamaqmı olar daşı da,
insanı da aparan bu seli?
Yox, qatar da gedəcək,
sel də axacaq-
min illər olduğu kimi.
Fəqət yaxşılıq və insanlıq qalacaq-
Elə qaldığı kimi.

O SƏS MÖCÜZƏYDİ…

Ruhun şad olsun, Sabir Mirzəyev!

O səs möcüzəydi, saldın heyrətə,
Tapmışdın kökünü, əslini onun.
“Çahargah” o səslə çatdı şöhrətə,
Çəkdin könüllərə rəsmini onun.

Səni çəkəmmədi dünyanın varı.
Səs oldu könlünün,ömrünün yarı,
Dildə dastan etdin “Bəstənigar”ı,
Sevdirdin hamıya ismini onun

Muğam tanrı eşqi, işıq, yol idi,
Min illər bitməyən bir nağıl idi.
Ruhu işıq idi, aydınlıq idi,
Sən nura boyadın cismini onun.

Qonaq oldum

Kəlbəcərə qonaq oldum,
Bürünmüşdü nura dağlar.
Onda dünya başqa idi,
Geyməmişdi qara dağlar.

Yetmiş beşin yayı idi,
İyul-avqust ayı idi.
Coşan Tərtər çayı idi,
Durub baxan sıra dağlar.
Çobanoğlu Aydın vardı,
Sözə mehman, saza yardı.
Nə görmüşdüm, sizdə qaldı,
Nə gətirdim bura, dağlar?

Ceyranbulaq, Taxtalı düz,
Qoydu min-min könüldə iz.
Düşmən gözə ox idiniz,
Niyə düşdüz tora dağlar?

lll

Aşıq Şəmşir, mən də gəldim,
Sənin izin qalan yerə.
Gözəlliyin at oynadıb,
Əqli başdan alan yerə.

Ustadlara sədaqətdi,
Fəxarətdi, şərafətdi.
Bu səfərim ziyarətdi,
Səməd Vurğun gələn yerə.

Dəlidağa həyat gəldi,
Müjdə gəldi, barat gəldi.
El yığılıb-elat gəldi,
Tərtər haray salan yerə.

Saz danışdı – hara getdim,
Söz içində batdım, itdim.
Min könüldən səcdə etdim,
Şeir, sənət olan yerə.

Söz əkdiniz, söz göyərdi.
Bar verməyən söz hədərdi.
Şair – Sənsən, Ələsgərdi,
Biz yazırıq yalan yerə.

lll

İlahi, bu yuxu, yoxsa həqiqət,
Bu nədir, görünür yollarım üstə?
Bir afət görürəm – adı məhəbbət,
Ürəyim can verir qollarım üstə.
lll

Gələcəyəm, gözlə məni,
Qoy hələ bir bu yaz keçsin.
Darıxmışam mən də sənsiz,
Səbr eyləyək, bir az keçsin.
Payız ötüb qışa dönsün,
Ürəyimiz yarpaq üstə
Qanadlanıb quşa dönsün,
İstəmirəm tez açılan çiçəkləri,
Vaxtsız gəlir, vaxtsız gedir-
İlk baharda xəzəl olur.
Qoy uzansın həsrətimiz-
Sevgi onda gəzəl olur.

lll

Ayrıldıq payızda, yağışlı gündə,
O günün çoxusu yadıma gəlir.
Günah nə səndəymiş, nə də ki məndə,
Yağışdan ayrılıq qoxusu gəlir.

lll

Səslərin içindən tanınan səs,
Min gözün arasından baxan göz…
Vaxtında atılan güllə,
Yerində deyilən söz.
Yüz tərif, min alqış-
Avqustda yağan yağış!

lll

Oğlum Fərmana

Dağın bu tərəfi güldü,çiçəkdi,
Dağın o tərəfi boran, qar, oğlum.
Sənə yalan dünya hələ xoş gələr,
Sənin bilmədiyin çox şey var, oğlum.

Gördük hər üzünü, sözünü bizlər,
Ört-basdır eyləyib, izini gizlər.
Əvvəl dilə tutub, səni əzizlər,
Sonra gizlin-gizlin ağladar, oğlum.

Nə yalana qarış, nə gücə söykən,
Hər əsən küləyə oynatma yelkən.
Yola kim çıxarsa hamıdan erkən,
Məqsədə yetişər, o çatar, oğlum.

İnanma, mayası yoxdu, yalandı,
Mələk qiyafətli şahmar ilandı.
Hər nə var, puç edib, özü qalandı,
Hamını beləcə aldadar, oğlum.

Xalq şairi Rəsul Rzaya

Sətirlərin qranit – nə saralır, nə solur,
Sözlərin, fikirlərin oxunduqca təzə, tər.
Sərt insanlar, nədənsə, həmişə təmiz olur,
Odur ki, qayaların köksündə çiçək bitər.

Bəxtiyar öldü…

(Məhəmməd Hüseyn Şəhriyara məktub)

Ey dərdi özündən, özü dərddən qoca şair,
Heydərbabadan, qarlı Kəpəzdən uca şair.
Bu dərdi sənə söyləməyim mən necə, şair,
Ağlatdı bütün milləti, tək bir özü güldü.
Bəxtiyar öldü.

Söylərdi: azad olmasa bir xalq, üzü gülməz,
Yandırdı “Gülüstan” ocağın ki, daha sönməz.
Getdi, o azadlıq quşu bir də geri dönməz,
Sağkən sözünə qalxdı vətən, çünki sevildi.
Bəxtiyar oldü.

Sən getdin, o keçdi Arazı, ağladı, gəldi,
Sürtdü üzünü qəbrinə, qəlb dağladı, gəldi.
Coşdu ürəyi, oldu dəniz, çağladı, gəldi
Dünyaya baş əyməzdi o, bir Haqqa əyildi –
Xalqın sözü, şeirin gözü O – Bəxtiyar öldü.
Bəxtiyar öldü…

İşbaz dəyirmançı dəni kəm çəkər,
Suyu artıq edər unu nəm çəkər.
Bu zalım bilməz ki, nənəm nə çəkər,
Kündəni təndirə yapana kimi.
İgid igid olsa arxası atdı,
Kim eşqə yanmadan arzuya çatdı?
Sevgidən əvvəlcə bir dağ yaratdı,
Fərhad Büsutunu çapana kimi.
Qayanı aşırdar, dağı oynadar,
Sola tumar çəkər, sağı oynadar.
Bostanı aparar, bağı oynadar,
Çay öz məcrasını tapana kimi.
Düzdə cadar oldun, dağda qar oldun,
Saçların ağardı, ixtiyar oldun.
Gülbala, bəzən yox, bəzən var oldun,
Özünü axtarıb tapana kimi.
***
Hər adamın iki əli,
Kağızda bir qolu olur.
İki evin bir küçəsi,
Hər evin öz yolu olur.
Şimşək kimi çaxıb gedir,
Sağa, sola baxıb gedir.
Çay ortadan axıb gedir,
Sağı olur, solu olur.
Əyri yollar tərsinədir,
Düz yol yollardan kəsədir,
Ürək bombos bir kisədir,
Eşq olanda dolu olur.
***
Bir şey itər axtararsan,
Min yerə gümanın gedər.
Sevdiyindən ayrılarsan,
Cismin qalar, canın gedər.
Əsiri olmaya gərək,
İnsan bəndə, sevər mələk,
Əsər-keçər tərsə külək,
Uçar xanimanım edər.
Üzü daşdı, buz kimidi,
Kefin köksə, yaz kimidi.
Dünya gözəl qız kimidi,
Sevərsən, imanın gedər.
Üzüb keçmək asan deyil,
Hər üzən taxta sal deyil,
Hər görüş də vüsal deyil,
Çaylar ayrılıqdan keçir.
Gözlərinin torunu sil,
Getdiyin yolu tanı, bil,
Ayaqlar yollardan deyil,
Yollar ayrılıqdan keçir.
Bulud eylə o qaşları,
Ərit yollarda daşları,
Bütün sevgi yağışları,
Nəmli yanaqlardan keçir.
***
Ürəyimi bölmüşəm,
Neçə-neçə rəfə mən.
Hissimlə boylanıram,
Neçə min tərəfə mən.
Bir yerdə şeirlərim,
Bir yerdə işim, peşəm.
Ən kiçik xəyallara,
ən böyük arzulara,
o rəfdə yer vermişəm.
Karagəlməz hissləri,
Yaddaqalmaz illəri,
Süpürmüşəm, atmışam.
Mən ürəyin içində,
Bir arxiv yaratmışam.
Varım da, dövlətim də,
O nədisə, mənimdi.
Məndən sonra qalacaq,
əməllərim, işlərim,
bir də şeirlərimdi.
***
Söz də dövrələnir, dolanır qanda,
Bir dildən can olur düz də, yalan da.
Kağızlar ürəksiz imzalananda,
Qolu mən çəkmirəm, qol çəkir məni.
Deyəsən, gedəcəm mən bu şəhərdən,
Külək taqqıldadır qapını hərdən.
Heç nə aslı deyil ağıl deyəndən,
Ürək ləngər vurur, sol çəkir məni.
Kamanım tuşlanıb daşıma sarı,
Ayağım yol gedir başıma sarı.
Təzə cığır düşüb qışıma sarı,
Mən yolu getmirəm, yol çəkir məni.
kulisbet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortcasibom girişmatbetcasibom güncel girişcasibom güncelgrandpashabet 2198casibomextrabetistanbul escort bayanHOLİGANBETgalabetjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomÜmraniye escortcasibom yeniMaltepe escortGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişbets10 girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetcasibom girişsekabetmarsbahisgüvenilir bahis siteleribaywinjojobet güncel girişsahabetcasibom girişcasibom 715 girişsahabetKonya escortsahabet girişonwin girişsekabet girişholiganbet güncel girişjojobet girişmarsbahis güncel girişmarsbahis güncel girişgrandpashabet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişholiganbet girişvbetkralbet güncel girişdumanbethiltonbetextrabetsafirbetbetmoonhiltonbetsekabet güncel girişonwin güncel girişhiltonbetCasibom güncel girişbetwoonbetparkankara escortjackbetcasibombetpasyouwinmaltcasinovaycasinoonwinsekabetonwinholiganbetjojobetMeritkingpusulabet güncel girişmatbet güncel girişbetwoonbetwoonmaltcasinoGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorummatbetzbahisimajbet güncel girişcasibomonwinAlsancak Escortbetturkeymatadorbetbetturkey girişcasibomcasibombettilt girişcasibom girişCasibom girişmatadorbetimajbetbaywin girişcasibomcasibom girişsahabet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişsophie rain leaksdeneme bonusu veren sitelercasibom girişlevant casinocasibom girişGrandpashabetbetwooncasino sitelericasibomkurtköy escortgrandpashabetKonyaaltı Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltcasibomjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobethttps://ultrqa.tumblr.com/https://ultrqa.tumblr.com