Dövlət Xidməti “HALAL PAYIM” MMC və “AY-MİN” MMC şirkətləri haqqında iş qaldırıb

XƏBƏR XƏTTİ
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “HALAL PAYIM” MMC və “AY-MİN” MMC şirkətləri haqqında iş qaldırıb.

Məcra.az-ın Marja.az-a istinadən  əldə etdiyi məlumata görə, iş Dövlət Xidmətinin təşəbbüsü ilə qaldırılıb.

İşin ümumi halı kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırılmalar zamanı müəyyən edilmiş qanun pozuntusunun araşdırılmasıdır.

Qanun pozuntusunun əlamətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləridir (əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi).

İşlərə baxılması davam edir.

Qeyd edək ki, “HALAL PAYIM” MMC “Payım” əmtəə nişanlı məhsulların, “Ay-Min” MMC isə “Flaqman” əmtəə nişanlı məhsulları istehsal edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt