Azərbaycanda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərləndi – YENİLƏNİB

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.

Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib.

“Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, zəhərlənənlərdən biri müəllim, 8-i isə şagirddir.

 

***

Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləniblər.

Adalet.az xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən məktəblilər Saatlı Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt