Respublika stadionundan yıxılan fəhlə xəstəxanada öldü

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Tofiq Bəhramov adına Respublika Stadionunun tavanı çöküb. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün baş verib. 

Tavanın çökməsindən sonra arenanın təmirinə cavabdeh podratçı şirkət bərpa işləri aparmaq istəyib. Həmin zaman şirkətin fəhlələrindən biri yıxılaraq xəsarət alıb.

Stadionun direktoru Tələt Məmmədov “Qafqazinfo”ya açıqlamasında tavanın çökməsi ilə bağlı məlumatı təsdiqləyib. Arena rəhbəri fəhlənin xəsarət alması ilə bağlı isə məlumatsız olduğunu bildirib: “Bərpa işlərini podratçı şirkət apardığı üçün fəhlənin xəsarət alması ilə bağlı məlumatsızam. Arenanın tavanının çökməsi isə doğrudur. Lakin onlar tam bərpa edilmədi. Həmin hissələr kəsilib götürüldü. Sabah oyun olacağı üçün bu cür addım atıldı. “Qarabağ”ın Avropa Liqasında “Hekken”ə qarşı keçirəcəyi oyun bitdikdən sonra orada təmir-bərpa işləri davam etdiriləcək”.

***

Əldə etdiyimiz son məlumata görə, stadionun tavanından yıxılan fəhlə 1968-ci il təvəllüdlü Sulduz Şükürov xəstəxanada vəfat edib. 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt