Zaqatalada çaqqal 5 nəfəri yaralandı – İkisi məktəblidir

XƏBƏR XƏTTİ
Vətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Proqramın uğurlu icrasıMetallurgiya sənayesinin inkişafı mühüm vəzifə kimi Qəbul edilmiş proqramlar icra edilməlidir

Zaqatalada dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.

Məcra.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Muxax kəndində baş verib.

Kənd sakinləri, Muxax kənd 2 saylı tam orta məktəbin şagirdləri – 2012-ci il təvəllüdlü M.M., 2012-ci il təvəllüdlü R.G. dərsə gedən zaman yolda çaqqalın hücumuna məruz qalıblar. Eyni anda çaqqal ərazidə olan daha üç nəfər kənd sakini – 1993-cü il təvəllüdlü Dilrubə Bayram qızı Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Zahid qızı Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Şaban qızı Ömərovaya hücum edərək xəsarət yetirib.

Hər iki şagirdə və kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, çaqqal sakinlər tərəfindən öldürülüb. Çaqqaldan kənd baytar həkimi tərəfindən laborator nümunə götürülüb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt