Daha bir uşaq qızılcadan vəfat etdi – Yenilənib

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib. Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

Samirə Əliyeva Aşağı Surra kənd tam orta məktəbinin 5-ci sinfində təhsil alırmış.

Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, S.Əliyeva bu gün saat 12:50 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə şəxsi avtomobil vasitəsilə gətirilib:

“Vətəndaşda həkiməqədər ölüm qeydə alınıb”.

Qeyd edək ki, son günlər ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq və dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu qızılcadan vəfat edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt