Məşhur müğənninin atası metroda dünyasını dəyişdi

XƏBƏR XƏTTİ
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi•Sürücülərin nəzərinə!•Yataqxanada meyiti tapılan Elvira ilə bağlı – ATU-dan açıqlama•Gənc həkim infarktdan öldü•Bu ərazilərdə su olmayacaq – Xəbərdarlıq•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•

Müğənni Çinarə Məlikzadəyə ağır itki üz verib.

Məcra.az BAKU.WS-a istinadən xəbər verir ki, sənətçinin atası Məlik Ağalar oğlu Məlikzadə  bu gün metronun “Nərimanov” stansiyasında dünyasını dəyişib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

O sosial şəbəkə hesabında Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib:

“Bir gün gələr, bir gün köçər bu dünyadan … Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü … Xətrini dünyalar qədər istədiyim bir insanın müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə (06.06.1962 – 29.11.2023) metroda qəflətən dünyasını dəyişdi”.

Xatırladaq ki, bu gün “Nərimanov” stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.

Bakı Metropolitenindən BAKU.WS-ə bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt