Zaqatalada 2 “Jiquli” toqquşdu, ölən var – YENİLƏNİB

Zaqatalada yol qəzasında ölənin kimliyi bilinib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin – Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.

***
Saat: 10:43

Zaqatalada iki minik avtomobili toqquşub, sərnişin hadisə yerində ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saat 09:30-da Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ-2106” və “VAZ-2107” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı “VAZ-2106” markalı avtomobildəki sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ölən sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişinin meyiti əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

PAGE TOP