14 yaşlı Aytacı qətlə yetirməkdə şübhəli bilinən əri saxlanıldı

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı arvadı Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Alim Sadiqov saxlanılıb.

“Qafqazinfo” Aktual.ge-yə istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, o, 3 günlük axtarışlardan sonra tutulub.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco Bələdiyyəsinin kəndlərindən birində 2009-cu il təvəllüdlü Aytac Şahmarovanı odlu silahdan atəş açaraq qətlə yetirib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Alim Sadıqovu təqsirləndirilən şəxs qismində saxlayıb, cinayətdə istifadə olunan odlu silahı sübut kimi götürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan qızı qaçırma, ailə üzvünü qəsdən öldürmə və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, hadisə oktyabrın 5-də qeydə alınıb. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerində keçinib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt