Antiterror tədbirlərində yaralanaraq şəhid olan polis dəfn edilib – YENİLƏNİB + FOTO

XƏBƏR XƏTTİ
25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO

Qarabağda keçirilən antiterror tədbirləri zamanı ağır yaralanan, bu gün şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhid Əzizbəy Muradovun nəşi doğulduğu Sabirabad rayonunun Ulacalı kəndinə gətirlib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.

Şəhid Ulacalı kənd qəbiristanlığında, yaxınlarının mızarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Çevik Polis Alayının əməkdaşları, hərbiçilər və şəhidin yaxınları iştirak ediblər.

11:48

Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid olub.

Oxu.Az xəbər verir ki, Sabirabad rayonu, Ulacalı kəndində doğulub boya-başa çatmış Əzizbəy Etibar oğlu Muradov bu gün səhər saatlarında müalicə aldığı hospitalda dünyasını dəyişib.

Antiterror əməliyyatları zamanı yaralanan Əzizbəy Muradov Çevik Polis Alayının polis nəfəri idi.

O, 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən beş medalla təltif olunmuşdu.

Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsində təhsil alan Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini pianinoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İB-nin üzvüdür.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt