Saakyan, Qukasyan və İşxanyan barəsində həbs qətimkan tədbiri seçildi

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçilib.

 Məcra.az xəbər verir ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin verdiyi təqdimatlara baxılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə Arkadi Qukasyan barəsində təqdimat təmin olunub və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bako Saakyan və David İşxanyan barəsində isə təqdimatlara məhkəmənin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılıb. Həmin şəxslər barəsində də təqdimatlar təmin edilib və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər 3 şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanlaraq Bakıya gətirilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham verilib. /APA

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt