Zaqatalada Vətən müharibəsi iştirakçısının əlində qumbara partladı-ölən var-Yenilənib

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Vətən müharibəsi iştirakçısının əlində qumbara partlayıb.

Məcra.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan Həmid Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində üç nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev, 1992-ci il təvəllüdlü İlqar Cumayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt