Ağdərə və Xocalıda “Azercell” şəbəkəsi fəaliyyətə başladı

XƏBƏR XƏTTİ
İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havası“17 ildir günahsız yerə həbsdə yatıram” – 70 yaşlı ömürlük məhkumÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havası“17 ildir günahsız yerə həbsdə yatıram” – 70 yaşlı ömürlük məhkumÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEO

Artıq Ağdərə və Xocalıda da “Azercell” şəbəkəsi fəaliyyət göstərir.

Bu barədə mobil operatordan verilən məlumatda deyilir.

Qeyd olunur ki, ordumuzun ardınca bütün cəbhə boyu irəliləyərək, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell Telekom” MMC Ağdərə və Xocalıda baza stansiyalarını işə salıb.

Qurumdan bildirilib ki, “Azercell”in bu ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir. Hazırda Qarabağda “Azercell”in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.

“Azercell”in əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir”, – mobil operatorun məlumatında vurğulanır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt