Vitali Balasanyan da HƏBS EDİLDİ-Bakıya gətirilir

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Qarabağda qondarma rejimin “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan Ermənistana gedərkən Laçın nəzarət-buraxılış məntəqəsində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Məcra.az-ın əldə etdiyi məlumata görə, Balasanyan Bakıya gətirilir.

Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib.

1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Qeyd edək ki, bu gün qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. /bizim.media/az/

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt