Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları ilə Laçın və Ağdam-Xankəndi yolu vasitəsilə eyni vaxtda ərzaq daşınması mümkün olacaq.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, BQXK-nin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Ağdam – Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.

Xatırladaq ki, hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt