ZAMANIN XANIM ŞAİRİ-Bilal Alarlı yazır…

Şeirin baş qəhrəmanı qadındır. Bu təyinat klassik ədəbiyyata məxsusdur. Bizdən öncəki ədəbiyyatçılar bir az da irəli gedib, “şeir qadın üşün, qadın şeir üçün yaranıb” qərarını veriblər. Azərbaycan şeirinin də baş obrazı qadındır. Əruz da, heca da, semantik şeir də ən gözəl epitetlərini qadın gözəlliyindən alır. Qadını şeirin sinonimik obrazına çevirən kişi şairlərdir. Nizami də, Füzuli də, Vaqif də qadını göylərə qaldırdı. Sonrakı mərhələdə də qadın şeirdə bu uca zirvənin fatehi kimi yaşadı. Bəs qadın şeir yazırsa, onun poetik frazeologiyasında əsas təsvir obyekti, personajı, hədəfi kimi kim və nə dayanır? Məhsəti nə deyir? Natəvan kimə üz tutur? Maraqlı mövzudur: Şeirdə qadın obrazı və qadın şeiri!

Klassik ədəbiyyatın qadın şairləri barmaqla sayılırsa, çağdaş şeirimizin, demək olar, daşıyıcıları qadınlardır. AYB üzvləri içərisində də qadın yazarların sayı kifayət qədərsir. Biz istəsək də, istəməsək də, qadının yaradıcılıq mərkəzi mətbəxdir. Ən ağır işlərdə çalışan da evinə dönən kimi ilk daxil olduğu otaq mətbəx olur. Yemək bişirmək, çay dəmləmək, qab-qacağı, pal-paltarı yumaq, evi təmizləmək, uşaqların qayğısını çəkmək “müqəddəs” qadın peşəsidir. Kişi istəsə də, bu işləri yetərincə yarıda bilmir. Qadın bu qədər qayğının içərisində şeir yazmağa vaxtı necə tapır? Böyüklük budur! Dahilik budur!

Arzu Göytürkü şeirlərindən tanımışam. Kişi cəsarətli şeirlər yazan Arzunun qələmi itiliyi ilə fərqlənir. Kimsənin cəsarət etmədiyi mövzulara baş vuran Arzu uğurlu və kamil şeirlər yazır. Hər misrasından ləyaqətli bir qadın xarakteri boylanır:

Kimsənin haqqın yemədim,

Halal duzum, çörəyim var.

Dəbdəbəli evim yoxdur,

Dəbdəbəli ürəyim var.

Elə yaşa, keçmişində

Qara-qura iz olmasın.

Kasıb olmaq eyib deyil,

Adam şərəfsiz olmasın.

Məsləhəti piranidir, dünyagörmüş ağsaqqal (ağbirçək) öyüdüdür:

Lovğa olma, təkəbbürün

Özündən yekə olmasın.

Əl qabar da, pas da olar,

Alnında ləkə olmasın .

Mövzusu cəmiyyətin eybəcər tərəfləri, etibarsızlıq, fanatizm, avamlıq olan xanım şairin şeirlərindəki ifadə və təsvir vasitələri də zəngindir:

Deyirlər ki, sus, danışma,

Pulun olsun, paran olsun.

Pula vicdan satacamsa,

O pul mənə haram olsun.

İndi zaman rüşvət, haram

Yeyənlərin, zamanıdır.

Qaraya ağ, ağa qara,

Deyənlərin zamanıdır.

Çox qapılar bağlanıbdı,

Mənə doğru sözüm üçün.

Mən xalq üçün yaşayıram,

Yaşamıram özüm üçün.

Arzu sözünü kimə deyir? Onu anlamayan kəslərəmi? Arzu da əmindir ki, damcı daşı deşdiyi kimi, onun da dönə-dönə söylədikləri beyinlərə çatacaq, indi fikrini tutmayan prototipləri, personajları haçansa onu başa düşəcəklər:

Qibleyi aləm, axı biz,

Yaşamırıq insan kimi.

Susmuşuq, danışsaq bizi

Kəsəcəklər qurban kimi.

Kimə yazaq kömək üçün,

Dərdimizi demək üçün?

Halal çörək yemək üçün,

Çalışırıq heyvan kimi.

Arzu Göytürkü narahat edən mövzular Azərbaycan xalqının yaşantılarından gəlir. Arzu yazır: “Yenə şəhid gələcəkdisə, rus ordusunu sülhməramlı adı ilə Qarabağda yerləşdirmək kimə lazım idi?” Cəsarətli fikirdir:

Başsızların içində baş axtarırıq hələ,

Qaşsız üzüyümüzə qaş axtarırıq hələ.

Başımıza tökməyə daş axtarırıq hələ,

“Cəbhəmizdə vəziyyət hələ də gərgin qalır”.

Qurban olum, a millət, qələbə belə olur?

Haqqın istəyən qazi sonunda özün asıb,

Mənim unutqan xalqım susub, buna da susub.

İki yerə bölünüb bu millət varlı, kasıb,

Biri selfi çəkdirir, biri saçını yolur,

Qurban olum, a millət, qələbə belə olur?

Millətin ayağına yağ çəkilir hələ də,

Anaların qəlbinə dağ çəkilir hələ də.

Cavanların üzünə ağ çəkilir hələ də,

Gündə bir şəhid gəlir, səbr kasamız dolur,

Qurban olum, a millət, qələbə belə olur?

Şeir yazmaq asandır, deyirlər, hətta haçansa qafiyə ilə, alliterativ-assonans həmahəngliyi ilə danışan xalqlar da olub. Amma şeirdə düşündüyünü nala-mıxa vurmadan, birbaşa demək hər şairin fərasəti deyil:

Məmurların günahları,

Ərşə qaldırır ahları.

Pozulur qazi haqları,

Qazi acdı, ac üryandı – deyən xanım soruşur: “Səbəb kimdi?” Cavab hamının adını dilinə gətirə bilmədiyi məmurlardır.

Bəsdi çəkdik dərdi-səri,

Varsa tökün vicdan təri.

Bitsin əsgər ölümləri,

Analar gözü giryandı…

Kasıb dərd çəkir haçandı, çünki ərzaq bahalaşıb, qiymətlər qalxıb Allaha! Bu ağrını-acını oxuyanda mətbuatda iri və qara hərflərlə verilən “məşhur” şairlərin şeirləri yadıma düşür. Tərənnüm, təsvir, mədh, ithaf baş alıb gedir, doğulan kimi ölən şeirlər baş daşı da görmür, oxucu yaddaşından itkin düşür. Arzu Göytürk gözü-könlü tox şairdir, onun kütləvi axına qoşulmağa ehtiyacı yoxdur, çünki həyat amalı müqəddəsdir:

Əbədi yatacam da,

Röya nəyimə lazım?

Bir qəbirlik evim var,

Dünya nəyimə lazım?

Bu dünyada qalacaq

Yığdığın nəyin varsa.

Yubanma, yaxşılıq yığ

Nə qədər heyin varsa.

Ruhun səsi xanım şairə ölümündən sonrakı taleyini pıçıldayır:

Mən torpağa qarışıb,

Yenidən cücərəcəm.

Tamam başqa bədəndə

Bu dünyaya gələcəm.

Unudacam var olan

Varlığımı bəlkə də.

Doğulacam harada,

Görən hansı ölkədə?

Əgər şeir yazan anadırsa, onun qələmə aldıqları təkcə öz övladları üçün deyil, övladlar üçündür:

Oğul düşmən çəpəri, çox doğrudur bu deyim,

Kişilərə yaraşır geydiyin hərbi geyim.

Sən nə zaman böyüdün, a nəfəsim, ürəyim?

Qurban olum səndəki cəsarətə, cürətə,

Məni təbrik eləyin, oğlum gedir xidmətə.

Arzu Göytürkün şəhidlər haqqında yazdığı şeirlərdə şəhid analarının ağrısı yaşayır. Qardaşım oğlu haqqında yazdığı “Nur üzlü şəhidimiz Əkbər Hüseynlinin əziz xatirəsinə” adı şeiri ana ağısı, ana oxşamasıdır:

Oyan, qurbanın olum,

Yuxusu şirin balam.

Bəy otağın boş qalıb

Görünür yerin, balam.

Cənnət ətirlim, oyan,

Qoxuna qurban olum.

Əbədi yatışına,

Yuxuna qurban olum.

Gəldim, lay-lay söyləyəm,

Uçulub qalam lay-lay…

A mənim müqəddəsim,

Kəbəm, Kərbəlam lay-lay…

Bu gün bu şeiri övladı şəhid olan bütün analar qıyha çəkə-çəkə, avazla şəhid məzarları üstandə söyləyirlər. şeir ürəkdən gələndə ürəkləri titrədir. Əkbər Hüseynli ata-anasının tək oğul övladı idi, bu itkini, bu ağrını doğma anasının dilindən bundan artıq yanğı ilə demək olmaz:

A mənim igid balam,

Oğul balam, ər balam.

Vətənin fədaisi

Qəhrəman Əkbər balam.

Belə səssiz-səmirsiz

Yatışına qurbanam.

Qara mərmərdən baxan

Baxışına qurbanam.

Oyan, qurbanın olum,

Yuxusu şirin balam.

Bəy otağın boş qalıb,

Görünür yerin balam.

Xanım şairin qadınlıq düşüncələri də obrazlı iradlardır:

Düşübdü çöllərə, ölür dərdimdən,

Bir zaman dərdindən öldüyüm adam.

İndi gözlərimdə adiləşibdir,

Qibləm, qibləgahım bildiyim adam.

Əgər şeir yazan qadın müəllimdirsə, o öz şagirdlərini övladları kimi sevir. Bu qeyri-adi “valideyn” məhəbbətini şagirdləri də duyur: “Yazdığım ən gözəl cümlələrim mənim şagirdlərimdir. Gələcəkdə bəzisi ali savadlı, bəzisi isə ali savadlı olmaya bilər. Amma əminəm ki, cəmiyyət onlara nə qədər təsir etsə də, həyat onlar üçün hansı sürprizlər hazırlasa da, hər birininin içində, ruhunda saflıq, mərhəmət, dürüstlük, ədalət, cəhalətə üsyan olacaq. Çünki onlar mənim şagirdlərimdir”.

Yaxşı müəllim öz müəlliminə də yaxşı dəyər verir. Arzu həyatda qazandığı bütün uğurları müəllimləri ilə bağlayır: “Mən də şagirdlərimə müəllimlərimin mənə öyrətdiklərini öyrətməkdən zövq alıram. Bilirəm ki, onlar da gələcəkdə məni, mən müəllimlərimi sevgi ilə xatırladığım kimi xatırlayacaqlar”. Müəllim tövsiyəsi müəllim üçün həyat örnəyidir. Arzunun xatırlaması da keçdiyi dərslər qədər tərbiyəvi xarakterdədir: “Müəlliməm bir də deyirdi ki, namərd adamların dostu olmur, mərd adamlar isə hətta nə vaxtsa düşmənindən də dostluq təklifi ala bilər. Çünki düşməni də mərd adamdan namərdlik, xəyanət gözləmir”.

Yaxşı xanım şair həm də yaxşı övladdır. Şeirləri kimi həyatı da ibrətamizdir: “Anamın mənə verdiyi cehizlik əşyalar köhnəldi, çoxu zibillikdədir. Amma atamın məsləhəti ilə aldığım təhsil, illərdir həm məni, həm də yetişdirdiyim şagirdlərimi cəmiyyətdəki zibilliklərindən qoruyur”. Şeirləri kimi, şəxsi həyatından olan pıçıltıları da ibrətdir.

Arzu zamanın xanım şairidir. Arzu həm də zamanın fövqündə dayanan xanım şairdir.

 

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

otobet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortonwinmatbetmatadorbet girişmatadorbetgrandpashabet 2198matadorbet güncel girişextrabetistanbul escort bayanHOLİGANBET galabetjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomMeritkingcasibom yeniMeritkingGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişbetturkey girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetcasibom girişsekabet güncel girişmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişsahabetonwincasibom 715 girişmatbet güncel girişMeritkingngsbahiselexbetbahigoholiganbet güncel girişjojobet girişmarsbahis güncel girişmarsbahis güncel girişgrandpashabet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişbetcupvbetultrabet güncel girişdumanbethiltonbetextrabetsafirbetbetmoonhiltonbetsekabet güncel girişonwin güncel girişhiltonbetCasibom güncel girişbetparkartemisbet güncel girişankara escortjackbetcasibombetpasrestbet güncel girişmaltcasinovaycasinoonwinsekabetonwinholiganbetjojobetMeritkingpusulabet güncel girişmatbet güncel girişbetwoonbetwoonsetrabetGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinosanal sunucusahipleniyorummatbetzbahisimajbet güncel girişcasibommatadorbetAlsancak Escortbetturkeymatadorbetbetturkey girişcasibomCASİBOMbettilt girişcasibom girişCasibom girişimajbet güncel girişimajbetmarsbahis girişcasibom girişcasibom girişsahabet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişImsha Rehmandeneme bonusu veren sitelercasibom girişcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelericasibomtuzla escortgrandpashabetKonyaaltı Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltbelugabahisjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobetultrabetultrabet