Cəlilabadda ilk tunc dövrünə aid miniatür qoç fiquru aşkarlanıb

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı unikal hesab olunan tarixi tapıntı aşkarlanıb.

Bu barədə “Report”un yerli bürosuna Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə məlumat verib.

Onun sözlərinə görə, qoç tarixən Azərbaycan xalqının qədim mənəvi mədəniyyətində bolluq-bərəkət simvolu olub: “Xudutəpə yaşayış məskəninin ilk tunc dövrü təbəqəsindən arxeoloji qazıntılar zamanı tapılmış bu kiçik qoç nümunəsi Muğanın minilliklər tarixinin öyrənilməsi üçün çox əhəmiyyətlidir”.

Qeyd edək ki, əvvəlki qazıntılar zamanı sözügedən yaşayış məskəninin üst qatından orta əsrlərə aid zəngin maddi mədəniyyət nümunələri, eləcə də digər qoç fiqurları üzə çıxıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt