Sumqayıtda adapter DAVASI: Ata-oğulun idmançılarla “söhbət”i ölümlə BİTDİ

CİNAYƏT İŞİ

Qısa arayış…

2018-ci il sentyabrın 5-də Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Rasif Həbibov və 1988-ci il təvəllüdlü Samir Dadaşzadə bıçaqlanır. Onlar dərhal şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı əvvəlcə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Sentyabrın 7-də şübhəli şəxs qismində şəhər sakini 2000-ci il təvəllüdlü Ramil İsmayılov tutulub. Xəstəxanada görülən tədbirlərə baxmayaraq, ayın 8-də R. Həbibov orada ölüb. Buna görə də, cinayət işi istintaqın davam etdirilməsindən ötrü şəhər prokurorluğuna göndərilib.

Ramil İsmayılov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub. Sentyabrın 17-də onun atası, Qubadlı rayon sakini 1972-ci il təvəllüdlü Əhəd İsmayılov saxlanılaraq, barəsində həbs-qəti imkan tədbiri seçilib.

 

 

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Ramil İsmayılov sentyabrın 4-də Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən “PlayStation” oyun zalında olarkən qardaşı Nicat İsmayılovun keçmiş şəriki və idmançı kimi tanıdığı Rasif Həbibov onun mobil telefonunu şəbəkədən icazəsiz ayıraraq adapteri götürüb. Buna görə aralarında yaranmış mübahisə zamanı Rasif Həbibov ərk edib, əli ilə bir neçə dəfə onun sifətindən vurub. Ümumi dost-tanışları müdaxilə edib, onları barışığa dəvət etsələr də, Ramil İsmayılov idarə etdiyi “Hyundai Qrandeur” markalı maşınla evlərinə gedib və toy məclisindən qayıdan atası Əhəd İsmayılova bu barədə məlumat verib.

Məsələni qanuni, yəni polisə müraciət yolu ilə həll etmək əvəzinə, əsaslı səbəb olmadan Həbibovu cəzalandırmaq qərarına gəliblər. Bıçaqlarla silahlanan ata və oğul ayın 5-i gecə saat 1 radələrində birlikdə evdən çıxıb, avtomobillə Rasif Həbibovun, dostları Aslan Əhmədov, Həsənağa Məmmədov və Samir Dadaşzadə ilə oturduğu Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən çayxanaya yollanıblar. Ora çatan kimi, Əhəd İsmayılov kobud ifadələrlə Rasif Həbibovdan maşına əyləşməsini tələb edib. Dostunu tək getməyə qoymayan Samir Dadaşzadə də israrla avtomobilin arxa oturacağında, Rasif Həbibovun yanında oturub. Əhəd İsmayılov nalayiq ifadələr işlədərək, onun əyləşməsinə etiraz edib. Ramil İsmayılov nəqliyyat vasitəsini 9-cu məhəllədə yerləşən 10 saylı yaşayış binasının arxasına, insanların az olduğu, qaranlıq yerə sürüb. Avtomobili saxlayıb, işıqları söndürüb. Maşından düşəndən sonra Ramil və Əhəd İsmayılovlar idmanla məşğul olan Rasif Həbibovun və Samir Dadaşzadənin ciddi müqaviməti ilə rastlaşıblar. Qarşıdurma zamanı Ramil İsmayılov üzərindəki bıçaqla Samir Dadaşzadənin sinəsinə və kürəyinə ümumilikdə 4 dəfə, Əhəd İsmayılov isə Rasif Həbibovun sinəsinə və qarınına 5 dəfə zərbə vuraraq, hadisə yerindən qaçıblar. Yaralanan dostlara təcili tibbi yardım xəstəxanasında intensiv tibbi yardımlar göstərilib. Buna baxmayaraq vəziyyəti ağırlaşan Rasif Həbibov sentyabrın 8-də Bakı şəhərində fəaliyyət göstərən özəl klinikada dünyasını dəyişib.

İş üzrə dindirilmiş Ramil İsmayılov bildirib ki, “Playstation” oyun zalında olanda, telefonunun enerjisi qurtardığından onu elektrik şəbəkəsinə şarj cihazına qoşub. Bir qədər keçdikdən sonra o, Rasif Həbibov gəlib, yükləyicini şəbəkədən ayırıb və onun telefonunu masanın üstünə atıb:

“Nə etdiyini soruşduqda, Rasif “yaxşı elədiyini” dedi və mənə söydü. Təkrar niyə bu tərzdə danışdığını soruşanda, tanışım yumruqla sağ gözümə zərbə vurub. Aldığım zərbədən yerə yıxıldım. Ayağa qalxan kimi Rasif məni 2-ci dəfə vurdu. Ona gücüm çatmayacağını anladım və telefonumu götürüb, çölə çıxdım.

Rasifin, atam Əhədlə münasibəti çox yaxşı olduğundan, baş vermiş hadisəni ona danışmaq qərarına gəldim. Evin qapısını anası açıb, yuxudan oyanan atama heç nə eləmədiyim halda Həbibovun məni vurduğunu dedim. Hadisəni olduğu kimi danışdım və Rasiflə məni barışdırmasını xahiş etdim. Atam paltarları geyindikdən sonra avtomobilə əyləşdi və oyun zalına getdik. Ora çatanda, Rasifin Samir, Aslan, Həsənağa və digər şəxlərlə “Playstation” klubunun yanında fəaliyyət göstərən  çayxanada oturduğunu gördük. Rasif yanımıza gəldikdə atam ona avtomobilə minməsini bildirdi”.

Həbibovun maşına əyləşdiyini görən Samir də yaxınlaşıb, avtomobilə oturacağını söyləyəndə, Əhəd İsmayılov ona “sən niyə oturursan, Rasiflə söhbət eləmək istəyirəm” deyib. Amma Samir razılaşmayaraq, arxa oturacağa əyləşib.

“Ətrafdakı insanların söhbətimizə müdaxilə etməsini istəmədiyimdən avtomobili 20 metr irəliyə sürdüm. Atam Rasifdən məni niyə vurduğunu soruşanda, o, cavab vermədi. Əvəzinə Samir qışqıraraq, “vurub vurub da, Ramil uşaqdır, Rasif isə böyük” dedi. Atam Samirə danışmamasını və Rasifə sual verdiyini bildirdi. Avtomobildən çıxandan sonra, Rasif atama “sualları ilə başını xarab etdiyini” söyləyərək, başı ilə, ardınca da yumruqla zərbələr endirdi. Onlara tərəf  getmək istəyəndə, Samir yumruq zərbəsi ilə məni yerə yıxdı. Zərbələrdən müdafiə olunmaq üçün əllərimi üzümə tutdum. Sonra ayağa duranda Rasiflə Samirin atamı vurduqlarını gördüm. Atam üzü üstə yerdə uzanıb əlləri ilə başını tutmuşdu. Dərhal avtomobilimə doğru qaçıb bıçağı götürdüm. Samir qapının örtüldüyünü eşidib, arxaya çevrildi və üzərimə gələrək, mənə yumruqla zərbə vurdu. Yerdə uzanıqlı vəziyyətdə olanda da, əyilərək mənə zərbələr vurmaqda davam etdi. Fürsət tapıb, bıçaqla Samirin bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirdim. Ardınca Rasifin üstünə gedərək, onun qarın nahiyəsinə də 2-3 dəfə zərbə vurdum. Bədəninə kəsici alət dəyməsini hiss edən Dadaşzadə, ardınca isə Həbibov ordan qaçdılar. Atama kömək edib, onu ayağa qaldırdım və evə gətirdim. Atama Rasiflə Samirə bıçaqla xəsarətlər yetirdiyimi bildirdim”.

İş üzrə dindirilmiş Əhəd İsmayılov bildirib ki, Rasif Həbibov və Samir Dadaşzadə əvvəllər onun böyük oğlu Nicatla dostluq ediblər, birlikdə maşın alveri ilə məşğul olubar:

“Hadisə baş verən gün tanışımın toy məclisinə getmişdim. Bir saat oturub, evə qayıtdım. Gecə yarısı oğlum Ramil gözünün içi qanla dolmuş vəziyyətdə evə gələrək, məni yuxudan oyatdı və “Rasif, oturduğum yerdə məni döydü” dedi. Həmin gecə Rasifin Ramili niyə vurduğunu aydınlaşdırmaq məqsədilə həyətə düşdüm. Avtomobildə Rasifdən “nəyə görə uşağı vurduğunu?” soruşanda, Samir Dadaşzadə mənə “yaxşı eləmişik” dedi. Cavab olaraq Samirə ona yox, Rasifə sual verdiyimi bildirdim. Avtomobildən çıxandan sonra Samir Ramilə, Rasif isə mənə yumruqla zərbələr vurdu. Üzü üstə yerə yıxıldım. Rasif məni vuran vaxt Samir də gəlib, başıma təpiklə zərbələr endirdi.

Sonradan bildim ki, Ramil qaçıb avtomobildən götürdüyü bıçaqla idmançıların hər ikisinə xəsarətlər yetirib. Samirlə Rasif ərazidən uzaqlaşandan sonra, oğlum məni evə gətirib. Ramilin qolundan qan gəldiyini gördüm. Üzünə və başına zərbələr endirildiyindən təngənəfəs olmuşdu. Təcili Tibbi Yardıma çatanda Rasiflə Samirin də xəstəxanda olduğunu bildim və bu səbəbdən həkimə müraciət etmədən evə qayıtdım. Növbəti gün oğlumu özüm aparıb polisə təhvil verdim. 15 gündən sonra məni Sumqayıt şəhər prokurorluğuna dəvət etdilər və hadisəni olduğu kimi prokurorla müstəntiqə danışdım”.

Əhəd İsmayılov qeyd edib ki, Ramilin bıçağı gedib, maşından götürməsini, sonra da Rasiflə Samiri vurmasını görməyib. O, həmin vaxt döyüldüyündən, bundan xəbəri olmayıb.

Zərərçəkmiş Samir Dadaşzadə ifadəsində göstərib ki, o, bir müddət Rasif və Əhədin böyük oğlu Nicatla birlikdə maşın alveri ilə məşğul olub:

“Sentyabrın 4-ü saat 23 radələrində Rasif və digər şəxslərlə Sumqayıt şəhərində “Növbətçi” adlanan ərazidə fəaliyyət göstərən kafedə çay içirdik. Rasifin mobil telefonunun enerjisi qurtardığı üçün onlarla “Playstation” salonuna getdik. İçəri keçən kimi Rasif oranın işçisindən adapterin harda olduğunu soruşdu.

Həmin şəxs də əli ilə Ramil İsmayılovun əyləşdiyi masanı göstərdi. Rasif yaxınlaşıb Ramilin telefonunun tam enerji yığdığını görərək, adapteri çıxarıb özü ilə götürdü. Ramil Rasifə “niyə telefonunu kənara qoyduğunu?” deyəndə, dostum “tam enerji yığdığına görə, telefonunu yükləyicidən çıxartdığını” bildirdi. Sonra çevrilib, ona şillə vurdu. Bunu görüb Aslan və Həsənağa ilə birlikdə Rasifi Ramildən kənara çəkdik. Bundan sonra Ramil çölə çıxaraq avtomobilinə tərəf getdi. Buna görə Həsənağanı arxasınca göndərib dedim ki, “get Ramili sakitləşdir, yoxsa atasını çağıracaq və söhbət böyüyəcək”. Həsənağa Ramilin maşınına əyləşib onunla 5-6 dəqiqə söhbət etdi. Sonra gəlib, onun sakitləşmədiyini və evə getdiyini bildirdi. Yenə də çayxanaya gedərək, çöldə bir masanın ətrafında oturduq. Təxminən 20 dəqiqədən sonra Ramil yüksək sürətlə idarə etdiyi avtomobili yanımızda saxladı. Əhəd İsmayılov avtomobildən düşüb, qışqıraraq “Rasifdən maşına oturmasını” tələb etdi. Maşında dostumun yanında əyləşəndə Əhəd avtomobildən düşməyimi tələb etsə də, sözlərinə əhəmiyyət vermədim. Ramil maşını təxminən 150 metr irəliyə sürdü, sola dönüb saxladı.

Avtomobildən düşdükdən sonra mən Əhədlə, Ramil isə Rasiflə üzbəüz dayandıq. İşlətdiyi nalayiq ifadələrdən sonra Əhəd Rasifə qarın nahiyyəsinə zərbə vurdu, cavab olaraq dostum İsmayılova başı ilə güclü zərbə endirdi. Ramilin əl-qol atdığını görərək ona, yumruqla zərbələr vurdum. Ramil arxaya gedərək yıxıldı. Buna baxmayaraq, ona yenə çoxlu sayda zərbələr endirdim. Ramil bir təhər altımdan çıxıb qaçdı. Rasifə tərəf çevriləndə, onun Əhədə təpiklə zərbələr vurduğunu, İsmayılovun isə dizləri üstə oturaraq, əlləri ilə başını tutduğunu gördüm. Ramilin bizə bıçaqla xəsarətlər yetirdiyini dərhal hiss etmədik. Dostumla magistral yola çıxanda, işıqlıq olduğundan qolumdan qan axdığını gördüm. Rasifə “Ramilin məni bıçaqla vurduğunu və çox güman ki, damarımın kəsildiyini” dedim. 1-2 addım atandan sonra Rasif də, bədəninin sanki boşaldığını və Əhədin də bıçaqla onu yaraladığını bildirdi. Taksi ilə xəstəxanaya çatandan sonra, həkimlər bizi reanimasiya şöbəsinə apardılar”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Vasif Həbibov ifadəsində göstərib ki, hadisə günü zəng edən tanımadığı şəxs Rasifin yıxılıb, qolunu sındırdığını xəbər verib:

“Xəstəxanaya çatanda, oğlumun və dostu Samirin bıçaqlandığını öyrəndim. Səhərisi gün əməliyyatdan sonra oğlumu Bakıda yerləşənə özəl klinikaya yerləşdirdik. Hadisə barədə soruşanda Samir danışdı ki, çayxanada oturan vaxt Əhəd və Ramil İsmayılovlar yanlarına gəlib, Rasifdən avtomobilə əyləşməsini tələb ediblər. Maşına oturandan sonra, onlar bir az irəli gediblər və orda dava baş verib. Koma vəziyyətində olan oğlum ayın 8-də klinikada vəfat edib”.

Şahid Ənvər İsmayılov bildirib ki, hadisə baş verən gecə qardaşı Əhədin evinə gedib və onun möhkəm döyüldüyünü görüb:

“Nə baş verdiyini soruşanda, qardaşım Rasif Həbibov və Samir Dadaşzadənin onu döydüklərini, buna görə Ramilin hər ikisinə bıçaqla xəsarətlər yetirdiyini danışdı. Bu hadisədən sonra Ramili, ardınca da Əhədi həbs etdilər”.

Şahid Nicat İsmayılov ifadəsində göstərib ki, hərbi xidmətdən gələndən sonra Rasifin vasitəsilə Samirlə tanış olub:

“Beləliklə də aramızda dostluq münasibətləri yaranmışdı. Rasif maşın alqı-satqısı ilə məşğul olmaqdan əlavə Narkoloji Dispanserdə mühafizəçi işləyirdi. Hadisə baş verən gün Gürcüstanda idim. Qardaşım Ramil mənə zəng edib dedi ki, “Samir və Rasif məni vurmuşdular, buna görə atamı çağırdım. Görüş zamanı onlar atamı döydükləri üçün, məcbur qalıb hər ikisini bıçaqladım”. Bu xəbəri eşidib dərhal Sumqayıta qayıtdım. Samir əvvəl Rasifin Ramil tərəfindən vurulduğunu bildirsə də, sonradan ifadəsini dəyişdi. Qardaşım tutulandan 2 həftə sonra atam da həbs olundu. Samirlə görüşəndə, tanışım məcburən istintaqda Əhəd İsmayılovun Rasifə bıçaqla zərbələr vurduğunu dediyini bildirdi. Onun sözlərinə görə, həmin gecə maşından düşən kimi Rasif Əhədə başı ilə zərbə vurub. O da, fənd vasitəsi ilə Ramili yerə yıxaraq, döyməyə başlayıb”.

Şahid Orxan Əliyev ifadəsində göstərib ki, sentyabrın 5-də ona zəng edib, dostları Rasif və Samirin bıçaqlandığını deyiblər:

“Lakin şəxsi həyatımda bəzi problemlər olduğundan onların yanına xəstəxanaya gedə bilmədim. Bütün Sumqayıt sakinləri kimi mən də, Samir və Rasifin Əhəd İsmayılovu döydüklərini, bu səbəbdən Ramilin də onları bıçaqladığını eşitdim. Baş vermiş hadisədə dostlarımın haqsız olduqlarını hamı bilirdi. Hadisədən 10 ay sonra  bu məsələni aydınlaşdırmaq üçün Samirlə görüşdüm. Samir mənə bu məsələdə Əhədin heç bir günahı olmadığını dedi”.

2018-ci il noyabrın 8-də cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma 2019-cu il aprelin 8-də xitam verilərək, cinayət işi yenə Sumqayıt şəhər prokurorluğuna qaytarılıb. Həmin il sentyabrın 3-də Əhəd və Ramil İsmayılovlara Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəlləri ilə yeni ittiham elan olunub. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmayaraq həmin qərarları imzalamaqdan imtina ediblər.

Növbəti dəfə cinayət işi məhkəməyə 2020-ci ildə göndərilib.

Məhkəmə iclasında Əhəd İsmayılov və Ramil İsmayılov ittiham üzrə özlərini təqsirli bilməyiblər. Əhəd İsmayılov barəsində bəraət hökmü çıxarılmasını istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Həbibov Vasif Asif oğlu ifadəsində təqsirləndirilən şəxslərlə barışmadığını bildirərək onlara ağır cəza təyin edilməsini məhkəmədən xahiş edib. Zərərçəkmiş Samir Dadaşadə təqsirləndirilən şəxslərə  qanunla müəyyən edilmiş qaydada cəza verilməsini istəyib.

Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı kobud səhvə yol verib. Çünki İsmayılovlar qəsdən adam öldürməyiblər və öldürməyə cəhd etməyiblər. Onların əməlləri 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməlidir.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil İsmayılov 10 il 6 ay, Əhəd İsmayılov 9 il müddətinə azadlıqdan məhrum olunublar.

2023-cü il mayın 2-də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Hökm dəyişdirilərək Ramil İsmayılova 18, Əhəd İsmayılova isə 16 il cəza təyin olunub.

sweet bonanzaistanbul escortcasibommatbetbetcio girişbetcio güncel girişgrandpashabet 2198betciomarsbahisistanbul escort bayanJOJOBETsahabet günceljojobetmatadorbetjojobet girişjojobetjojobet girişbetistsekabet girişasyabahisjojobet girişİzmir escortcasibom yeniKayseri escortGrandpashabetGrandpashabetSpincofixbetjojobet girişjojobet girişdeneme bonusu veren sitelermarsbahiscasibom girişvds satın alJojobetbakırköy escortAtaşehir Escortcasibomjojobet güncel girişmarsbahisbabilonbetmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişmatadorbetcasibomcasibom 793 girişcasibom giriş adresibetsatngsbahisbettinemarsbahis güncel girişjojobetholiganbet güncel girişholiganbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişsahabet güncel girişsahabet güncel girişsekabet güncel girişpusulabetasyabahiscasibomkalebetextrabetperabetbetbookalebetonwin güncel girişholiganbet güncel girişkalebetPusulabet güncel girişjojobetmeritkingankara escortcasibom girişcasibommatadorbetgrandpashabetsahabetonwinonwinonwinholiganbetjojobetMeritkingmatbet güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetultrabet girişholiganbetbetexper güncel girişmeritkingsahipleniyorummatbetimajbet güncel girişCasibom güncel girişjojobetSerdivan Escortextrabetmatadorbetcasibomextrabetcasibom girişbettilt girişjojobetmatadorbetmatadorbetbaywincasibomcasibom girişsekabet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişsophie rain leakdeneme bonusu veren sitelercasibom girişcasibom girişGrandpashabetbetwooncasibomSapanca EscortCasibom güncel girişBuca Escortbetcio girişGrandpashabetcasinolevantbettilthiltonbetjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabettümbettümbetmatadorbetmatadorbet girişlunabetbetebet girişnakitbahis güncel girişbahsegel girişmeritkingaresbetmavibetjojobet güncel girişjojobet güncel girişcasibom girişcasibom güncel girişbayrampaşa günlük kiralık evcasibom güncel girişpinbahis güncel girişartemisbet güncel girişrestbet güncel girişmatadorbet güncel girişholiganbet güncel girişonwin güncel girişmarsbahis güncel girişsahabet güncel girişsekabet güncel girişmatbet güncel girişimajbet güncel girişjojobetjojobetcasibommarsbahisgoldenbahismavibetbetnanobetnanomarsbahissekabetbetnanolunabetonwinkralbet güncel girişdinamobet güncel girişdumanbet güncel girişfixbet güncel girişultrabet güncel girişmarsbahismarsbahistipobet güncel girişotobet güncel girişfixbet güncel girişbetturkey güncel girişbahiscom güncel girişbahsegelcasibommeritking girişgoldenbahisbetkanyon güncel girişimajbet güncel girişbabilonbetcasibomcasibom güncel girişcasibomimajbetjojobet girişlunabetcasibommarsbahisonwinjojobet girişcasibombaywintempobetmarsbahis girişmatadorbet giriş atlasbet girişbetasus girişcasibom girişMarsbahismarsbahis girişcasibom giriş