Ömər aşırımında AĞIR QƏZA – Türkiyə vətəndaşları həlak oldu

XƏBƏR XƏTTİ
24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdırSərvətdən dəyərə40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildi24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdırSərvətdən dəyərə40 ilin həkimini işdən çıxarmışdı – Vəzifəsindən azad edildi

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımı hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi” markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Ölən şəxslər Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelikdir.

Xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt