Priqojinlə birlikdə qəzada ölən azərbaycanlı pilot kimdir?

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Xəbər verdiyimiz kimi, “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus “Embraer” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlanıb.

Lent.az 54.ru-ya istinadən bildirir ki, ölənlərin siyahısında ikinci pilot Rüstəm Kərimov da var – o, Permdə doğulub.

Qəzaya uğrayan “Embraer”in göyərtəsində olan ikinci pilotunun həlak olması ilə bağlı məlumatı onun atası Şükür Kərimov təsdiqləyib.

Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətində “Embraer” təyyarəsi qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə ekipaj üzvləri də daxil olmaqla 10 nəfər olub. Onların hamısının öldüyü təsdiqlənib.

Rosavianın məlumatına görə, Tver vilayətində qəzaya uğrayan Embraer tipli təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt