Daşaltıda itkin düşən hərbçimizin meyitinin qalıqları dəfn edildi-FOTO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşı Abbasov Məhərrəm Abbas oğlunun dəfn mərasimi keçirilib.

Məcra.az bildirir ki, Məhərrəm Abbasov Nİzami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt