Qulu Ağsəs ,Tanrı və söz

Özümüzü dərk edəndən dünyanın varlığını düşünməyə başlayırıq.Mənimizlə dialoqa giririk. Dünya necə yaranıb, biz necə yaranmışıq, O məchul  Yaradan hardadı? Bu suallarla  böyüyürük, formalaşırıq..Bəzən alililəşirik ,  bəzən suallarımız cavabsız qalır  , bəzən  bir ipucu da olsa  tapırıq..Lap iynənin ucu boyda.  Bəzən   Tanrıya  ilahi sevgini qorxuyla dəyişik salırıq, bəzən də qorxuyla sevgi qarışıq düşür. Bu qarmaqarışıq duyğular içərisində daxilimzdə gizlənən minlərlə sual cavabsız qalır.Yoruluruq, bəzən qırılırıq, sınırıq. Bəzən od püskürmək istədiyimiz məqamda susuruq, bəzən də əksinə, susmaq lazım olanda üsyana keçirik. Əsl də ruhu göylərdə olan duyğuların sahibləri -şairlər özlərinə bu boyda dünyada yer tapmayanda , Yerlə Göyün arasında  girinc qalanda, fikir dənizində boğulanda tutmağa bir saman çöpü gəzir və o  vaxt  yenə də  Tanrı yetişir dadlarına. İkisi də  yaradıcıdı .Tanrı dünyanın yaradıcısıdı, şairlərsə sözün. Hər ikisi yoxdan var edəndi. Bu yaxınlıqdı bəlkə onları Tanrıyla daha çox birləşdirən .Özü də qorxusuz, ürküsüz sevgiylə. Bəzən umduqları yerdən qopurlar, bəzən  bir  bir ovuc duada  təzədən  bitişirlər. Bəzən üsyan edirlər, bəzən ərklə, bəzən sərt, bəzən yumşaq  ,bəzən özləri kimi, bəzən şair kimi danışırlar Tanrılarıyla. Qaçdıqları məqam da olur, gizləndikləri  dönəm  də .Arxa çevirb getdikləri zaman da ,təzədən dönüb qayıtdıqları  vaxt da olur. Amma bütün anlamda səmimidirlər:

 

Qələt  eləyərəm desəm

Hamı qələt eləyir…

Allah bizi xəlq eləyib,

Yoxsa lənət eləyib?

 

Bu sual deyil əslində.Ən mükəmməl cavabdı anlayana.

Bu misraların yiyəsi Qulu Ağsəsin diliylə danışmaq istədim bu dəfə Tanrıyla . Niyə bu sətirlərdən başladım söhbətə? Çünki   Vətən sevdası , vətəndaş narahatlığı, həm də sufi şair nigarançılığı, bir az da üsyanı  var bu sətirlərdə .Ağrıların,acıların dincəldiyi bir ürəkdə həm də Ona arxalanmaq əminliyi var. Demək dünya sahibsiz deyil.Kimsə  idarə edir bu dünyanı..Bəs bu boyda bərabərsizlik hardandı ? Buna cavab axtaran şairin  tapındığı və sığındığı   yer Tanrıdı.

Həmçinin  dönüb- dönüb qayıtdığı yuva da…

…Şükür o göydəki   ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb.

 

Şair hər şəraitdə çıxış yolunu Tanrıda tapır və onuncun Tanrı bir işıqdı.Ona görə də ölümü də ,olumu da böyük ürəklə, sevgiylə qəbul etməyi bacarır. Heç  vaxt  ruhdan düşmür ,ümidsizliyə qapılmır.  Onunçün hər şey  Tanrıda   başlayır   və  Tanrıda da  bitir..Adama elə gəlir ki, Qulu Ağsəs qədər Allahla danışan ikinci şair yoxdu.Halbuki Tanrıya ,özünə can atan o qədər şair var ki.Bəlkə Qulu Ağsəsin  dünyaya fərqli baxışıdı  adamı bu qənaətə gətirən? Təkrarçılığı sevməyən və kimsəyə bənzəməmək istəyidi bizdə bu fikri formalaşdıran bəlkə də .

…Qulu Ağsəs  elə şairdi  ki, onun yaradıcılığında  hansı mövzu istəsən tapmaq olar .Hər hansı bir təbiət  hadisəsi, hiss ,duyğu şeirləşə bilir  Ağsəs  qələmində..Sözdən kasadlıq çəkməyən şairin  bircə  ürəyinin sarı siminə toxunmaq kifayətdi  ki, şeirləşsin. Ona bənzəməyə çalışan, anlamadıqları üçün  bir qədər gen dayanmaq istəyən,  yaxın gəldikcə sözünün odunda yanmaqdan qorxub qaçan o qədər insan  var ki. Sözünün ətəyindən tutub dağ aşanlar  da az deyil. Sufi   fikirlərini təhlil edib  son nəticəyə gələnlər də çoxdu.Əlbəttə hərə öz pəncərəsindən baxmağa çalışır şairin söz dünyasına.Bəzən onda gördüklərini, bəzən görmək istədiklərini qələmə alırlar. Mənsə tamam ayrı qapıdan girmək istədim Qulu Ağsəsin söz yuvasına.Tanrının qapısından.

..Mənim  aləmimdə onun bütün yazılarında İlahi Eşq var.Hansı mövzuda yazırsa yazsın  sonu gedib Tanrıya çıxır.  Oxuduqca söz-söz paklanmaq, durulmaq  istəyir adam..Nə qədər  bacarırıq, bunu  da Allah  bilir..Mənə görə şairin  bu tərtəmiz eşqinin içindəki üsyan da, küskünlük də, qəzəb də , sevinc də mələk donundadı:

 

Radiodan çağırsan, Allah, eşidərmisən,

Çıxırsanmı gəzməyə efir sahillərində?

Çoxdandı küləklərin nəfəsini dərmisən,

Almısan gözlərinin odunu sellərin də..

Xeyirdimi, bəs mənə hər ixtiyar vermisən,

Bəlkə ta oturdasan bəndəni öz yerində..

 

Şair hər yerdə Tanrıyladı.Ən yaxın dostu da Odu, ən uzaq doğması da,ərk yeri, güvən yeri də Tanrısıdı.Bu misralarda da  dopdolu şükranlıq  var .Şair Allahın  adamlıq lütfüyçün  də borcludu ulu Yaradanına.

Həm də bu boyda səlahiyyətin altında qalma , günah qazanma  qorxusu  var  Qulu Ağsəsin narahatlığında.  Bu qarışıq duyğuların  fövqündəsə  Ulu Yaradanına suficisinə bağlılıq  hissi dayanır. Ən böyük arzusu Onunla üz-üzə gəlməkdi, gözlərinin içinə baxıb ” Kimsən ,nəçisən, ay Allah?”deməkdi.Bəzən diksinirsən bu ifadədən.Axı Ona bu qədər yaxınlıq və əminlik hissi hardandı şairdə ? Axı adam ən yaxın bildiyinə də çox vaxt ərk edib bu sualı verə bilmir.  Şairsə dost kimi  əlini sıxmağa hazırdı  Tanrının..  Bəlkə özünə ,hisslərinə bu qədər əminliyindən irəli gəlir  şairin  Tanrıyla bu qədər  yaxınlığının səbəbi? .Tələsən, axtaran, düşünən, yorğun -yorğun Tanrını dördgözlə axtaran şairin Tanrıya ünvanlanacaq nə qədər sözü var bəlkə də.Tanrı bilir.

 

Günün necə keçir barı,

Can verib ,can almağnan?

Səni nəynən bəndə salaq,

Tutaq hansı qarmaqnan?

 

Yenə ərk, yenə üsyan və yenə Ona qovuşmaq həsrəti , yenə də o sufi sevgisi:

 

Neynəsən, sevirəm səni,

Qulunam, gəl, min boynuma.

Bu şeiri də Sən yazmısan,

Babalı mənim boynuma.

 

Bundan böyük ,ali etiraf  ola bilərmi?

Şair çoxlarından  fərqli olaraq Tanrısından qorxmur.Azaddı,üsyankardı,bəzən dəlidi, bəzən aşiqanə,amma qorxaq deyil.Şair qorxmadan, çəkinmədən Onunla danışa bilir .Küfr də edir hətta.Amma bütün bunların başında bəşəri sevgi dayanır.Şair Tanrıya  qorxmadan yanaşır.Onun ürəyində Allah xofu yoxdu, böyük Allah sevdası var.Arxaca danışmır, düşündüyünü Onun üzünə deyir:

 

Yastıq qoyub başımıza

Əcəb yatırdın bizi.

Aç gözünü, qaranlığın

Qırıb batırdı bizi.

 

Dünyadakı bütün eybəcərliklərə, ədalətsizliklərə, haqsızlıqlara, qana, qadaya üsyan edən şair o müqəddəs bildiyini köməyə çağırır   həmişə. Amma yenə də üsyankarcasına, özünə çəkilmədən,gizlənmədən, xoflanmadan.Uman yerdən  küsə-küsə  həm də..Dünyana sahib çıx deyə-deyə, varlığını isbat et, göstər hayqıra-hayqıra.

Şairin bütün yaradıcılığı sevgiylə yoğrulub.Bu sevginin varlığına görə də özünü daim Tanrısına borclu bilir:

Gedib  tövbə eləməyə mənə yer ver, İlahi,

Elə yer ki, baxım görüm Sənsən hər yer ,İlahi-

Deyən şair Tanrı qarşısındakı bütün günahlarını yumaqçun tərtəmiz yer axtarır.Paklanıb durulmaqçun ,özünə dönməkçün , günahlarından arınmaqçun o müqəddəsin varlığına   sığınmağa tələsir.

Bütün yükünü üstündən töküb tərtəmiz getmək istəyir axtardığı o işığa sarı:

 

Günahımı nəylə desən ,razıyam, yuyum orda,

Əgər gücün çatsa ,məni özündən doyur orda.

 

Bundan böyük Eşq ?

Ömür boyu dünyanın naz nemətlərinə gözucu da  olsa baxmayan,  çətinliyə  boyun əyməyən şair   özünü həmişə günahkar hiss edir Tanrı qarşısında.Şairçün  hər günahıyla birgə bircə günahsız olan varsa da, o da Tanrıdı.Onun adı Allah da, İlahi də, Yaradan da, ola bilər. Şairçün təkcə O var. Bütün bakir  hisslərinin  səbəbkarı, sahibi  Odu. Hamıdan məhrəm, hamıdan yaxın, hamıdan doğma.Üsyanı da, küfrü də, duası da, küsü də, barışı da bircə Ona -Yaradanınadı.Çünki   O hifz edəndi, O bağışlayandı, O sevgi bəxş edəndi.O həyatdı .Şair həm də bu boyda çətinliklərin arasında Onun Tanrılıq yükünün ağırlığından narahatdı :

 

Düşündüm görən O neynir,

Hardan tapır  dincliyi?

Gecə Ona, gündüz Ona,

Saat Ona işləyir…

 

Əslində Yer də, Göy də, bütün kainat da Onun dizinin üstədi.Üstəlik mən, sən, o, biz və hər kəs .Hamımızın özümüzdən  böyük  günah şələmiz  var  və bu boyda günahı daşımağasa  bircə Onun gücü çatır.Demək hamıdan güclü Tanrıdı.Bu kimi onlarla nümunə gətirmək olar Qulu Ağsəs yaradıcılığından. Onsuz da hamısı gedib Allaha söykənir. Sözün yaxasından tutub silkələyən şairçün  söz də Onun diktəsidi. O göndərən, şair yaradandı. Hər iki yaradan işığa can atır.İşıqsa həmişə var. Təki görə biləsən.

 

Təranə Dəmir.Şair-publisist.AYB nin üzvü.Qızıl qələm və H.Əliyev adına media mükafatçısı.

otobet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortonwinmatbetjojobet güncel girişjojobetgrandpashabet 2198jojobet güncelextrabetistanbul escort bayanHOLİGANBET GİRİŞjustintvjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomCasibom giriş adresicasibom yeniCasibom giriş adresiGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahisjojobet girişcasibom güncelcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetjustintvsekabet güncel girişmarsbahisgüvenilir bahis sitelerisahabet girişjojobet güncel girişsahabetsahabetcasibom 715 girişmatbet güncel girişCasibom giriş adresingsbahiselexbetbahigojojobet girişmarsbahis güncel girişjojobet girişjojobet girişgrandpashabet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişbetcupvbetultrabet güncel girişdumanbethiltonbetextrabetsafirbetbetmoonhiltonbetmeritbet güncel girişonwin güncel girişhiltonbetPusulabet güncel girişbetparkartemisbet güncel girişankara escortcasibom güncel girişcasibombetpasjojobetmarsbahisjojobetmatadorbetsahabetmatadorbetsahabetmeritbetMeritkingpusulabet güncel girişmatbet güncel girişbetwoonbetwoonsetrabetGrandpashabetgrandpashabetsekabet girişholiganbetjokerbet güncel girişcanli maç izlesahipleniyorumonwinzbahisimajbet güncel girişcasibomjojobetAlsancak Escortbetturkeymatadorbetbetturkey girişcasibomCASİBOMbettilt girişcasibom girişJojobet girişimajbet güncel girişimajbetsahabet girişcasibom girişcasibom girişsahabet güncel girişbetriversbingo blitz freebetandyou girisjojobet girişImsha Rehmandeneme bonusu veren sitelercasibom girişultrabet güncel girişcasibom girişGrandpashabetbetwooncasino sitelericasibomtuzla escortcasibomGebze Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltnakitbahisjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobetultrabetultrabet