Cəlilabad üzümü ucuz qiymətə təklif olunur

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Cəlilabad rayonunda üzümün satış qiyməti aşağı düşüb.

Bu barədə bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, bu il rayonda havalar əlverişsiz keçsə də, məhsuldarlıq kifayət qədər yüksək olub. Amma buna baxmayaraq, məhsulun ucuzlaşması sahibkarları çətin vəziyyətə salıb.

Fermerlər deyir ki, əvvəllər məhsulun satış qiyməti 1 manat idisə, indi bu məbləğ 40 qəpiyə qədər enib.

Onlar məhsulu uzun müddət bağlarda saxlamağın mümkün olmadığını bildiriblər. Üzümün yetişdikdən sonra təcili yığılmalı olduğunu söyləyən fermerlər deyir ki, buna görə də məhsulu dəyər-dəyməz qiymətə satmağa məcbur olurlar:

“Məhsulun keyfiyyətli olması üçün kifayət qədər əziyyət çəksək də, bu isə əkindən yığıma qədər sərf olunan xərcləri ödəmir. Ucuzlaşmanın davam etməsi isə gələcəkdə üzüm bağlarının sayını azalda bilər”.

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Əhmədağa Məmmədov “Report”un yerli bürosuna açıqlamasında üzümün yeni sortlarını yetişdirməyin zəruriliyini bildirib. Onun sözlərinə görə, üzüm sahələrinə qoyulan kapitalın azaldılması üçün yeni sortların əkininə keçmək lazımdır: “Keyfiyyətli məhsul böyük zəhmət tələb edir, zəhmət isə maliyyə imkanlarından keçir. Bu zəhmətin və qoyulan maliyyənin isə qarşılığı mütənasib deyil”.

Qeyd edək ki, bu il rayonda 1453 hektar ərazidə üzüm əkini həyata keçirilib və bu günə qədər 1300 ton süfrə üzümünün yığımı aparılıb. Yığım prosesi gələn ay yekunlaşacaq.

“Report”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt