“İndi mən bir qadının qaşına-gözünə yox…”-Salam Sarvanın şeirləri

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Salam Sarvanın doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

***
Pəncərədən baxıram payızın son ayında
vərəqləri saralmış səmavi kitablara.
Göydən yağışlar yağır, göydən yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.

Mənaların hamısı cəfəng imiş, rəng imiş,
nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.
İndi mən bir qadının qaşına-gözünə yox,
indi mən bir qadının taleyinə vurullam.

Hələ də vurnuxuram zaman şəcərəsində:
bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.
İllərlə məşq edərsən finişə tez çatmağa,
finişdən o yandasa elə əvvəlki həyat.

Ürəyimdən nə keçir, deyim sən də biləsən:
hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.
Cəmisi bircə dəfə, cəmisi bircə dəfə
Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.

CAN DUASI
Dünyada başqa heç nə yox, hər şey elə qabdı, qab…
Haçan dolar bu çuxurlar, bu çalalar, ey cavab?
Ey hamının hamisi,
Kimin ömrü uzun oldu, kimin ömrü lap gödək –
nə vaxt boy-boya duracaq axırların hamısı?

İtilənə-itilənə yeyilib çıxsam yoxa…
Bir gözəlin qırağında ağac əkib böyütsəm…
Bir də görsəm ürəyimdə çürümüş bir meyitsən,
bir qızılgül göndər çəkim qoxusunu içimə.

Kəsən çoxdu – balta, bıçaq, qayçı, qılınc… day nədi?
Tikən təkdi bu dünyada – tikən təkcə iynədi.
Amma Qızım, elə bilmə çox genişdi Göy və Yer:
əlini ver, qoy qaldırım, qoy dikəldim mən səni –
Sənin deyil yıxılanda tutduğun əlavə yer.

Yolun səmti bəllidisə – həqiqət yolu deyil.
Boğulanda əl-qol atmaq lalların dili deyil.
Bu mənim vətənim deyil, bu mənim elim deyil –
mənə bir yer göstər gedim gecə qar işığında…

Qara külək qaldıranda pəncərənin ətəyin
görəcəksən qamışlıqda o bakirə tütəyi.
Bir gün axır tapacaqsan öz qoxunu bitkidə.
Tanrı səni ayırmasın itirdiyin itkidən…

Bu əyilmiş qəddimizdə yay dartılır tarıma:
sancılırıq bir ox kimi hörümçəklər toruna…
Bir zamanlar adan idim, indi sənin qurunam.
Bir zamanlar adam idim, indi sənin qulunam.
Mənə bir yer göstər gəzim adamlar işığında.

Daş dəyən bir yerin çatı sanma gün şüasıdı.
Hələ çox su aparacaq halal ət kötükləri.
Gör ki sənə necə açır ucalığın sirrini
kötüklərin dibindəki siqaret kötükləri.

Açıq darvaza üstündə əl dəyməyən qapılar,
gün gələr ki, Günəş gələr – qara gözlər tapılar…
İndi sən də günəş kimi… küləş kimi sarısan,
bir də görsəm elə gündən qaralıbsan – qarısan,
mənə bir can göstər alım ilk bahar işığında…

Sənsə qayıt qabağına qara pişik çıxanda…
Sənsə qayıt həmin pişik dalınca da baxanda…
Sənsə qayıt başın üstdə ildırımlar çaxanda…
Sənsə qayıt kürəyinə boz yağışlar yağanda…
Sənsə qayıt o yağışın sularıyla axanda…

Tanrı səni ayırmasın itirdiyin itkidən.

QOCALAR ÜÇÜN TARİX DƏRSİ
Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:
vaxt var idi, yox idi qulun ağlamaq haqqı.

Nəysə… ruhu şad olsun aldığımız canların.
Heç çoxu içilmədi axıdılan qanların…
Ey bizim əsrimizin gözəllik salonları,
savaşda Janna Darkın saç düzümü necəydi?

Beyrəyin köynəyinin vardı yuyulmaq haqqı?

Döşünə döymədilər qürrələnən igidlər,
döydülər qaragözlü atlarının döşünə…
Sürtülməkdən zay oldu Pikassonun fırçası
Fəzlullah Nəiminin otuz iki dişinə.

Dünyanı anlamaqçün bax o topal Teymurun
axsaq ayaqlarıyla möhtəşəm yerişinə.

Və bu boyda can atma nəvazişə, tumara:
sığal haqqı boydadı bədənin şallağ haqqı.

Göy üzü ərşə qalxan əzablarla doludu.
Yer kəsilib atılmış əzalarla doludu:
Nil çayının sol qolu Babəkin sağ qoludu.
Tökür Kleopatra Ümid burnunun suyun
Lüdovikin üzülmüş Dardanel boğazına.

Bu dünyanın gərdişi pioner şeypuruyla
gör nə gözəl züy tutub Dədə Qorqud sazına.

Bəs oğlum Tural hanı… Qazılıq dağındadı,
gün gələr enər ordan Qazilik dağın tutar.
Savaşların mənası: bu qəsbkar vətənlər
öz oğlun basdırmağa özgə torpağın tutar.

Və tutar bulaq gözün tutulmuş torpağ haqqı.

O hansı ölüm idi – qapısı arxasında
bir kişini atının yəhərində gözlədən?
O hansı çılpaq idi – natəmiz əlləriylə
müqəddəs yerlərini ayıb sayıb gizlədən?

O təkgözlü əncirin necoldu yarpağ haqqı?!

***
Ya ovçu əlindən, ya quş başından –
kim deyər hansından tələ dartılır?..
Onunçun düşmür ki yerinə heç nə,
hər şey bu dünyada belə dartılır.

Ax, bu qara baxtın o ağ saçları
göründü altında qızıl tacların…
Yel əyə bilməzdi bu ağacları,
yarpaqlar özləri yelə dartılır.

Öldüm sevdasından bar ağacının…
Qollarım göylərdə kor ağacıdı…
Kəndiri rezinmiş dar ağacımın –
bəxtəvər başıma, hələ dartılır!

otobet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortonwinmatbetjojobet güncel girişjojobetgrandpashabet 2198jojobetextrabetistanbul escort bayanHOLİGANBET GİRİŞjustintvjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomMeritkingcasibom yeniMeritkingGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahisjojobet girişcasibom güncelcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetjustintvsekabet güncel girişmarsbahisgüvenilir bahis sitelerisahabet girişjojobet güncel girişsahabetsahabetcasibom 715 girişmatbet güncel girişMeritkingngsbahiselexbetbahigojojobet girişmarsbahis güncel girişjojobet girişjojobet girişgrandpashabet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişbetcupvbetultrabet güncel girişdumanbethiltonbetextrabetsafirbetbetmoonhiltonbetmeritbet güncel girişonwin güncel girişhiltonbetPusulabet güncel girişbetparkartemisbet güncel girişankara escortcasibom güncel girişcasibombetpasjojobetmarsbahisjojobetmatadorbetsahabetmatadorbetsahabetmeritbetMeritkingpusulabet güncel girişmatbet güncel girişbetwoonbetwoonsetrabetGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinocanli maç izlesahipleniyorumonwinzbahisimajbet güncel girişcasibomjojobetAlsancak Escortbetturkeymatadorbetbetturkey girişcasibomCASİBOMbettilt girişcasibom girişJojobet girişimajbet güncel girişimajbetsahabet girişcasibom girişcasibom girişsahabet güncel girişbetriversbingo blitz freebetandyou girisjojobet girişImsha Rehmandeneme bonusu veren sitelercasibom girişultrabet güncel girişcasibom girişGrandpashabetbetwooncasino sitelericasibomtuzla escortcasibomGebze Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltnakitbahis girisjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobetultrabetultrabet