Xoşqədəm bu sözlərə görə Ayselə təzminat ödəyəcək

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Aparıcı Xoşqədəm Hidayətqızı efirdə işlətdiyi sözlərə görə müğənni Aysel Əlizadəyə təzminat ödəyəcək.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

İşin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm…” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.

Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt