Bakıda DƏHŞƏTLİ QƏZA: iki qardaş öldü, yaralananlar var -ADLAR – YENİLƏNİB

Bakıda yol qəzası zamanı ölən iki qardaşdan digərinin və xəsarət alanların adı məlum olub.

APA xəbər verir ki, ölən digər şəxs Gərəyov Coşqun Zamiq oğludur.

Yaralı sərnişinlər – 2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

***

Saat 20:15

Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.

APA xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.

Hadisə nəticəsində C.Gərayov və onun qardaşı (adı dəqiqləşdirilir) ölüb.

İki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

PAGE TOP