Ötən axşam Goranboyda nişanlı cütlüyün intihar etməsi barədə xəbər vermişdik.
Lent.az hadisə ilə bağlı bəzi faktlar öyrənib.
Özünü asan 25 yaşlı Ceyhun Məmmədovun yaşadığı Tatarlı kəndinin sakinləri saytımıza bildiriblər ki, onlar nişanlı olmayıb: “Qızla oğlan uzun illər idi bir-birini sevirdi. Lakin müəyyən ailə məsələlərinə görə onlara münasibətlərini rəsmiləşdirməyə imkan vermədilər. Ceyhun yaxşı tanıdığımız biri idi. Ailəsindən də heç bir problem eşitməmişik. O, işdən gəlib və özünü asıb. Hazırda prokurorluq məsələni araşdırır”.
Lent.az qızın yaşadığı Səfikürd kəndinin sakinləri ilə də əlaqə saxlayıb.
Sakinlərin sözlərinə görə, qızla oğlan bir birini çox sevirmiş. Lakin qızın ailə problemlərinə görə oğlanın valideynləri bu münasibətə qarşı çıxıb və gənclərin nişanlanmasına imkan verməyib. Buna görə də hər ikisi intihar etməyə qərar verib. Oğlan intihar edib, lakin qız son anda xilas edilib”.
***
22 iyun, 20:23
Goranboyda bədbəxt hadisə baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Kənd sakini, 25 yaşlı Ceyhun Məmmədovun asılmış meyiti aşkar edilib. Onun nişanlısı isə toyuq hinində özünü asarkən son anda anası tərəfindən xilas edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.