Lənkəranda bir ailənin beş üzvü tortdan zəhərləndi-SON DƏQİQƏ

Lənkəranda bir ailənin beş üzvü qidadan zəhərlənib.

Məcra.az xəbər verir ki, zəhərlənmə rayonun Şovu kəndində baş verib. Ailənin gəlini – 1983-cü il təvəllüdlü Marifə Adıgözəl qızı Babayeva üç gün öncə bazardan aldığı ərzaqla tort bişirib. Bu gün ailə üzvləri səhər yeməyində üç gün öncə bişirilən həmin tortdan yeyiblər. Onlar bir müddətdən sonra özlərini pis hiss ediblər.

Günorta saatlarında təcili tibbi yardım avtomobili ilə ailə üzvləri – Marifə Babayeva, 1990-cı il təvəllüdlü Zamin Səfaddin oğlu Babayev, 1959-cu il təvəllüdlü Ənivəs Əli qızı Babayeva, eləcə də iki azyaşlı – 2016-cı il təvəllüdlü Xədicə Zamin qızı Babayeva, 2018-ci il təvəllüdlü Mətləb Zamin oğlu Babayev – Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara qida zəhərlənməsi diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hazırda hər birinin müalicəsi müvafiq şöbədə davam etdirilir./APA

PAGE TOP