13 yaşlı qızı qaçıran 44 yaşlı kişi bu gün hakim qarşısına çıxarılır

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılır.

Məcra.az APA-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.2 (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt