“Azərbaycan Xalq Cümhuriyyəti milli tarixi ənənələrimizi bərpa etdi”

28 May tarixi keçmişimizdə və salnaməmizdə xüsusi yeri olan hadisədir. Çünki ilk dəfə Azərbaycan xalqı müqəddəratını öz gücü hesabına həll etmək niyyətini ortaya qoydu və böyük bir uğur qazandı.

Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu və  mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Bu oyanış xalqımızın intibahında misilsiz rol oynadı. Qafqaz regionunun lider dövləti olan Azərbaycan həmin təməl üzərində  ciddi tarixi nailiyyətlərə sahib olaraq son illərdə apardığı uğurlu xarici siyasət kursu nəticəsində istər aparıcı beynəlxalq təşkilatlarla, istərsə də böyük dövlətlərlə mühüm əməkdaşlıq əlaqələri yaradıb. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirib.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra ilk dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Azərbaycanda xalq cümhuriyyətinin yaranışından sonra elə ilk zamanlardan bir sıra tarixi nailiyyətlərə imza atılıb.  1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

 

Qənimət İsrafilova,

Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri

otobet güncel girişdeneme bonusu veren siteler 2024istanbul escortonwinmatbetjojobet güncel girişjojobetgrandpashabet 2198jojobet güncelextrabetistanbul escort bayanholiganbetjustintvjojobetbetebetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahiscasibomCasibom giriş adresicasibom yeniCasibom giriş adresiGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahisjojobet girişcasibom güncelcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetjojobet güncel girişextrabetjustintvsekabet güncel girişmarsbahisgüvenilir bahis siteleritümbet girişjojobet güncel girişsahabetjojobet güncelcasibom 715 girişmatbet güncel girişCasibom giriş adresingsbahiselexbetbahigojojobet girişmarsbahis güncel girişjojobet girişjojobet girişgrandpashabet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişsahabet güncel girişbetcupvbetultrabet güncel girişdumanbethiltonbetextrabetsafirbetbetmoonhiltonbetmeritbet güncel girişonwin güncel girişhiltonbetPusulabet güncel girişbetparkartemisbet güncel girişankara escortcasibom güncel girişcasibombetpasrestbet güncel girişmarsbahisjojobetmatadorbetsahabetmatadorbetsahabetmeritbetMeritkingpusulabet güncel girişmatbet güncel girişbetwoonbetwoonultrabetGrandpashabetgrandpashabetsekabet girişholiganbetjokerbet güncel girişselcuksportssahipleniyorumonwinzbahisimajbet güncel girişcasibomsahabetBalçova Escortbetturkeymatadorbetbetturkey girişcasibomCASİBOMbettilt girişcasibom girişJojobet girişimajbet güncel girişimajbettümbet girişcasibom girişcasibom girişsahabet güncel girişbetriversbingo blitz freebetandyou girisjojobet girişimsha rehman leakdeneme bonusu veren sitelercasibom girişultrabet güncel girişcasibom girişGrandpashabetbetwooncasino sitelericasibomtuzla escortcasibomGebze Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltultrabet girişjackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetcasibomcasibom girişganobetganobetultrabetultrabet