Cəlilabad rayonunda quduz itin dişlədiyi 11 yaşlı qız necə ölüb?-TƏFƏRRÜAT-FOTO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Cəlilabad rayonunda quduz itin dişlədiyi 11 yaşlı qızın ölümü ilə bağlı təfərrüat məlum olub.

Məcra.az xəbər verir ki, “Report”un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.

Bu zaman o, bacısının köməyinə gəlib. Uşaq bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.

Lakin vəziyyəti ağırlaşdığı üçün yeniyetmə paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt