Bayram namazının vaxtı açıqlandı

Ramazan ayının bayramı namazının vaxtı açıqlanıb.

Məcra.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.  Təzə Pir Məscidində bayram namazı aprelin 21 və 22-də qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində isə qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

PAGE TOP