Rəşad Dağlıya əlavə ittiham verildi – YENİLƏNİB

XƏBƏR XƏTTİ
Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlıya əlavə ittiham verilib.

Adalet.az xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında bildirilib.

Prosesdə məlum olub ki, Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

İlkin olaraq Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

 

10:59

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Adalet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq iş üzrə hazırlıq iclası saat 10:20-ə təyin olunub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Lakin məhkəmənin təxirə salındığı və prosesin başqa günə təyin edildiyi açıqlanıb.

***

09:09

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası bu gün keçiriləcək.

Adalet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi baxılacaq iş üzrə hazırlıq iclası saat 10:20-də başlayacaq.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.

Məhkəmənin gedişi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt