Kürdəmirdə DƏHŞƏTLİ QƏZA: “Qazel” “TIR” la toqquşdu-FOTO+VİDEO

XƏBƏR XƏTTİ
“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•“Birdir bizim hər halımız…” – VİDEO•Ərdoğanın Azərbaycan səfəri başa çatdı – FOTOLAR•Xankəndidə Prezidentin adından ziyafət verildi – FOTOLAR•Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü•İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən görüntülər•Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu – FOTO•Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər – Foto/Video•Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu – VİDEO•

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZel” markalı nəqliyyat vasitəsilə Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “DAF” markalı “TIR”ın arxa hissəsinə çırpılıb.

Nəticədə “QAZel”də olan Biləsuvar rayon sakini 32 yaşlı Əliyev Elçin Xudarəhim oğlu, Cəlilabad rayon sakinləri, 34 yaşlı Abbasov Zabil Xanlar oğlu və 42 yaşlı Həsənov Rüstəm Zakir oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Məcra.az-a daxil olan məlumatda bildirilir ki, onlar “QAZel”lə  “Meyvəli” bazarından Kürdəmirə yük aparırmışlar. İlkin versiya kimi sürücünün sükan arxasında yatdığı və qəza törətdiyi deyilir. Hadisə yerindən redaksiyamıza daxil olan fotoları təqdim edirik.

 


Raqil

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt