“Ermənistanda revanşistlər guya Azərbaycan Qarabağda qədim erməni kilsəsini sökməsi ilə bağlı iddialar qaldırıb. Bu məqsədli şəkildə edilərək, Nikol Paşinyana qarşı anti-kampamiyanın tərkib hissəsidir. Nikol Paşinyana bununla bağlı sual veriblər. O da deyib ki, belə bir şey yoxdur. Və məsləhət görüb ki, Azərbaycan ərazisi ilə bağlı ona müraciət etməyin”.
Mecra.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Qeyd edim ki, Qarabağda olan qədim Alban kilsələrinin ermənilərə heç bir aidiyyatı yoxdur. Bu kilsələr qədim Alban xristian irsinə məxsusdur. Bu kilsələr Azərbaycan xalqının tarixinin bir parçasıdır. Tarixi mənbələrdə sübut edir ki, həmin kilsələr alban tayfalarına və qıpçaqlara məxsus olub. Ermənistan işğal dönəmində Cəbrayılda kilsə tikmişdi. Həmçinin Xankəndində qanunsuz olaraq kilsələr tikib. Bu kilsələr Azərbaycan xalqının tarixi kilsələri deyil və qanunsuz olaraq tikilib. Azərbaycan Qarabağda qədim Alban kilsələrini öz tariximizin bir parçasi kimi mühafizə edir”, – deyə o, bildirib.
Uğur ƏLİHÜSEYN





























