Lənkəran Dövlət Universitetinə rektor təyin edilib.
Mecra.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, N.İbrahimov 2016-2021-ci ilə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra etmiş, dövlət başçısı 2021-ci ildə Natiq İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalamışdı.






























