Cümə axşamı, Aprel 23, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Manşet

Prezident qurultay iştirakçılarına müraciət etdi

23 Aprel, 26 / 13:53
A A
Azərbaycanın praqmatik siyasəti Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın strateji inteqrasiyasını sürətləndirir

Azərbaycan Prezidenti İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

Mecra.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.

Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.

Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.

Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.

Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.

İnanıram ki, IX Qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai-siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm cansağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Əvvəlki yazı

Sabah hava necə olacaq?

Növbəti yazı

Lerikdə internet çəkən şirkət işçilərin maaşını vermir - ŞİKAYƏT - VİDEO

XƏBƏR LENTİ

Bu dəfə 300 balı onlar topladı - Siyahı

Bu dəfə 300 balı onlar topladı - Siyahı

Aprel 23, 2026
15 mart imtahan nəticələri açıqlandı

15 mart imtahan nəticələri açıqlandı

Aprel 23, 2026
Tələbələr bu tarixlərdə distant oxuyacaq

Tələbələr bu tarixlərdə distant oxuyacaq

Aprel 23, 2026
Bugünkü əməliyyatda saxlanılanların adları

Bugünkü əməliyyatda saxlanılanların adları

Aprel 23, 2026
Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

Aprel 23, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident bu universitetə rektor təyin etdi - Sərəncam

Aprel 23, 2026
Baş Prokurorluq hərbi komissarlıqda əməliyyat keçirdi - Saxlanılanlar var

Baş Prokurorluq hərbi komissarlıqda əməliyyat keçirdi - Saxlanılanlar var

Aprel 23, 2026

“Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir”

Aprel 23, 2026
Cəlilabadda ağacəkmə və təmizlik aksiyası keçirildi - FOTOLAR

Cəlilabadda ağacəkmə və təmizlik aksiyası keçirildi - FOTOLAR

Aprel 23, 2026
 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq  

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprel 23, 2026
Lerikdə internet çəkən şirkət işçilərin maaşını vermir - ŞİKAYƏT - VİDEO

Lerikdə internet çəkən şirkət işçilərin maaşını vermir - ŞİKAYƏT - VİDEO

Aprel 23, 2026
Azərbaycanın praqmatik siyasəti Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın strateji inteqrasiyasını sürətləndirir

Prezident qurultay iştirakçılarına müraciət etdi

Aprel 23, 2026
Hava sabahdan 6 günlük pisləşir - Xəbərdarlıq

Sabah hava necə olacaq?

Aprel 23, 2026
Vilayət Eyvazov bu rayonda qəbul və sıra baxışı keçirəcək

Vilayət Eyvazov bu rayonda qəbul və sıra baxışı keçirəcək

Aprel 23, 2026
““Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi”

““Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi”

Aprel 23, 2026
TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - Yenilənib

Anar Bayramov bütün direktorları İŞDƏN ÇIXARIR

Aprel 23, 2026
8-ci sinif şagirdi bıçaqlandı - Şübhəli məktəblidir

8-ci sinif şagirdi bıçaqlandı - Şübhəli məktəblidir

Aprel 23, 2026
Lənkəranda torpaq sürüşməsi 6 kəndlə gediş-gəliş çətinləşdi - FOTOLAR

Lənkəranda torpaq sürüşməsi 6 kəndlə gediş-gəliş çətinləşdi - FOTOLAR

Aprel 23, 2026
Son hadisələrdən sonra bəzi məktəblərdə yoxlamalar aparılır

Son hadisələrdən sonra bəzi məktəblərdə yoxlamalar aparılır

Aprel 23, 2026
Qarşılıqlı etimada və strateji maraqlara söykənən əməkdaşlıq

Qarşılıqlı etimada və strateji maraqlara söykənən əməkdaşlıq

Aprel 23, 2026
Müəllimlər 200 manat cərimələnəcək - VİDEO

Müəllimlər 200 manat cərimələnəcək - VİDEO

Aprel 22, 2026
Həmin qadınların edam hökmü ləğv edildi - Tramp açıqladı

Həmin qadınların edam hökmü ləğv edildi - Tramp açıqladı

Aprel 22, 2026
Mübahisəyə səbəb olan həmin penalti epizodu - VİDEO

Mübahisəyə səbəb olan həmin penalti epizodu - VİDEO

Aprel 22, 2026
Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı 

30 il əvvəl törədilən qətlin üstü açıldı - Taksi sürücüsünün meyitini belə gizlədiblər

Aprel 22, 2026
Təhsil sektorunun müdiri işdən çıxarıldı

Təhsil sektorunun müdiri işdən çıxarıldı

Aprel 22, 2026
Abşeron Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Abşeron Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Aprel 22, 2026
Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı

Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı

Aprel 22, 2026
Rafiq Cəlilov Seyidbazar sakinləri ilə görüşdü - FOTOLAR

Rafiq Cəlilov Seyidbazar sakinləri ilə görüşdü - FOTOLAR

Aprel 22, 2026
Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Aprel 22, 2026
9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Aprel 22, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.