Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
Məcra.az xəbər verir ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.

Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan 3 (üç) nəfər qadın sərnişin həlak olub. Sürücü, daha 1 (bir) qadın sərnişin və 1 (bir) azyaşlı uşaq isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
👁 1 baxış
