“Araşdırma, maarifləndirici jurnalistika yoxdur, hamı xəbərçi olub…”-MÜSAHİBƏ

Yazıçı-jurnalist, deputat Aqil Abbasdır Lent.az-a müsahibə verib. Məcra.az həmin müsahibəni təqdim edir:

– Hörmətli Aqil bəy, aprelin 1-də 70 yaşınız tamam oldu. Bu münasibətlə sizi  təbrik edirik. Necədir 70 yaşda olmaq?

– Yetmişin 35 ilini yaşamamışam. Qarabağ hadisələri başlayanda 35 yaşım var idi. Ona görə, mən 35 yaşımda qalmışam.

 

 

– Doğum yeriniz Ağcabədinin Kolanı kəndidir, amma həmişə ağdamlıyam deyirsiniz… 

– 10 yaşıma kimi Ağcabədidə böyümüşəm. Amma bütün uşaqlıq xatirələrim, dostlarım, gözəl illərim Ağdamla bağlıdır. Bu sualı mənə Ağcabədidə də vermişdilər. Dedim ki, nə qədər Ağdam alınmamışdı, ağdamlıydım, indi alınıb, bundan belə ağcabədiliyəm. Allah ömür versə, yenə Ağdama qayıdacam.

– Jurnalist, yazıçı, yoxsa deputat. Hansı ağırdır və ya ruhunuza hansı daha yaxındır?

– Əlbəttə yazıçılıq. Yazıçılıq çox çətin işdir.

–  Niyə belə düşünürsünüz? Jurnalistin başının üstündə rəhbəri olur, belə baxanda deputatın da. Məsuliyyət yükü var. Yazıçının öz əli, öz başıdır…

– Bəs istedad, təxəyyül? Həqiqətləri bilmək və çatdırmaq? İnsanlığa nəsə verməlisən və elə verməlisən ki, insanları əzməyəzən. Kafka kimi oxucunu əsərlərinlə vurub öldürməyəsən.

– Kimi, kimsəsi olmayan adamın sırf istedadına görə məşhurlaşması mümkündür, yoxsa mütləq arxa-dayaq, pul lazımdı?

– İstedad itib-batmır. İlk povestimi 1971-ci ildə yazmışam, 1981-ci ildə çap olundu. “Ulduz” jurnalının 100 min tirajla çıxan vaxtlarıydı. 40 minə qədər məktub almışdım o povest üçün. O zaman çap məsələləri indiki kimi deyildi. Ən məşhur yazıçılar 2 ildən bir kitab çıxara bilərdilər. İndi pulu olan kitab çıxardır, amma bu heç yaxşı şey deyil. Ağlına gəldi, yazdın olmur. “Dolu”nu 20 il fikirləşmişəm. 1993-cü ildən beynimdə fırlanırdı. Bu əsər müharibənin yaşatdığı faciələrdən bəhs edir. Fikrimdə var idi, amma kulminasiyasını tapa bilmirdim. Onu yazana qədər “Çadırda Üzeyir Hacıbəyov doğulmaz” çıxırdı, “Qiyamət gecəsi”, “Qan üstündə qançiçəyi” yarandı, amma “Dolu”nu tamamlaya bilmirdim.

Bir gün Elməddin Sərdar Qarabağ qazisi mənə bir hadisə danışdı. Fred Asifin xalası oğluydu. Deməli Elməddin batalyonda bir nəfərlə dalaşıb, söyüşüblər. Dalaşdığı adam bunu öldürməklə hədələyib. Sonra döyüş zamanı həmin əsgər möhkəm yaralanıb. Elməddin onu güllə yağışı altında xilas eləməyə çalışıb. O, yolda xəstəxanaya çatdırılarkən ağlaya-ağlaya deyib ki, yaxşı ki, mən yaralandım, sən yaralansan, deyərdilər mən vurdum. Bu söhbət məni tutdu və “Dolu” tamamlandı.

– Sizin hər açıqlamanız camaat arasında yayılır, rezonans doğurur. Həqiqəti deyən adamsız. Çox açıq danışan deputatlardan biri Fazil Mustafa vuruldu. Siz vurulmaqdan qorxmursunuz?

– Birincisi, qorxan gözə çöp düşər. İkincisi də mən heç vaxt qorxmamışam. Fazil Mustafa böyük ziyalıdır, gözəl deputat, gözəl publisistdir. Onu vuranlar cəzasını alacaq. Allaha şükür, salamatdır çox yaxşıdır.

– Ömür yoldaşınız İradə Tuncay deyir, çox çətin adamsınız.

– Yox, çətin adam deyiləm. Hər suala açıq cavab verirəm. Bir az əsəbiyəm. Elə şey var ki, gərək onu dərhal deyəsən, orda pişiyim-pişiyim eləmək keçmir. Elə həqiqətlər var ki, onu deməsən də olar. Yalan da lazımdı hərdən. Müqəddəs yalanlar.  Amma bəzən coşub-daşmasan, düzünü deməsən, hay-küy salmasan olmur.

– Yalan demisiz?

–  Olub əlbəttə. Kim deyirsə, yalan deməmişəm, yalan deyir. Ən böyük yalanı atama demişəm. Universitetdən qovulmuşdum. Prokurorluğa düşmüşdü işim. Atama demədim. Fikirləşirdim ki, özüm həll edərəm. Edə bilmədim, bu yalan məni bir il dala saldı.

– Atanız əsəbləşmədi onda?

– Yox gəlib, özü məsələni həll etdi. Bakıdan Ağdama gedirdik. Ağdaşda maşını saxlayıb qarpız yedik. Gülə – gülə dedi ki, köpəkoğlu, bir il gec evlənəsi oldun. Zarafatla yola verdi.

– Sizin oğlunuzun başına belə bir şey gəlsə, eyni sakitliklə qarşılayardız?

– Yox, mən kükrəyərdim.

– Problemlərin hamısını kükrəyərək həll edirsiz?

– Problemə baxır da. Özümün elə də problemim olmur. Yanıma şikayətə gələnlərin problemi ilə bağlı yaranır bəzən.

– Kaşkiləriniz, peşmanlıqlarınız olub?

– Ən böyük peşmanlığım siqaret və içkiyə başlamağımdır. 35 yaşıma qədər nə siqaret, nə içkinin dadını bilirdim. Atam içki içən adam deyildi. Hətta Ağcabədidəki həyətimizə şərab buraxmırdı. Toylarımızı da  həyətdən kənarda eləmişdi ki, kim istəyir getsin zəhərlənsin. Müharibə başlayandan sonra başladı içki. Başına güllə yağır. İçirsən, qorxu azalır. Belə-belə başladı.

– Deputat olmaq işdir, ya kef?

– Heç bir kefi yoxdur.

– Yoxdursa,  mötəbər adamlar niyə deputat olmağa can atırlar?

– Onu onlardan soruşun. Deputat olmaq xalqla hökumət arasında körpü deməkdir,  məsuliyyətdir. Üzdə olan deputatlara yalnız öz rayonundan yox, hər yerdən müraciət gəlir. Biz  hələ 30 ilin dövlətiyik. Hələ bütün qanunlarımız mükəmməl deyil, müharibə şəraitindən çıxmışıq, 1 milyondan çox adam öz yurdunda deyil, sosial tələblərini dövlət həyata keçirir. Müharibə tam başa çatmayıb, nə qədər sosial tələbləri olan insanlar var. Qaçqınların problemləri olmasaydı bizim dövlət büdcəmiz 35 milyard yox, 100 milyard olardı. 1 milyon qaçqın və köçkünün 300-400 mini Bakıya gəlib.

 Bəs nə üçün müxtəlif nazirliklərin, ali məktəblərin paytaxtdan köçürlüməsi məsələsi gündəmə gətrilmir?

– Deyirik. Olacaq. Bir çox nazirliklər, universitetlər köçürülməlidir. 10-15 ilə bunlar yəqin ki, həllini tapacaq. Bir ara paytaxtın köçürülməsi söhbəti qaldırılmışdı. Düzdür, ona bizim nə yerimiz nə də maddi imkanımız var. Amma var olan böyük şəhərlərimizdə ikinci paytaxtın yaradılması məsələsi mümkündür. Mən həmişə deyirəm, nə üçün Gəncə, Naxçıvan televiziyalarına peyk yayımı verilmir? Biz bu şəhərlərimizin xəbərlərini elə öz televiziyalarımızdan dinləyək. Maraqlı da telekanallardır. Əyalətlərimizdə də yaradıcı mühit yaransın. Bu gün jurnalist  işləmək istəyən bir gəncin gəlib Bakıda yaşamaq məcburiyyəti yaranmamalıdır. Əyalətdə şair, yazıçı olub inkişaf eləmək asan deyil.

– Parlamentdə maraqlı təkliflər səsləndirilir. Lakin iş burasındadır ki, deputatların insanların sosial rifah halıyla bağlı təklifləri arxa plana atılır, amma tutaq ki, deputatların maaşlarının artırılması ilə bağlı təklif dərhal qəbul olunur. Bu da insanlarda qıcıq yaradır.

– Mən anlayıram. Minimum əmək haqqı 300 manatdır, deputatın maaşı çox. Ancaq deputatın xərclərini bilsələr, qıcıqlanmazlar. Açsam telefonu, mesajları oxusanız, ağlayarsınız. Maddi kömək istəyirlər. Birinin xəstəsi var, birinin yeməyə çörəyi yoxdur…

–  Kömək ola bilirsiniz?

– Əlbəttə. Özüm də olmayanda borc alıb verirəm.

– Məşhur adam olmağın acısı çoxdur, şirini?

– Ağır yükdür, amma məşhur olmağın gözəl cəhətləri çoxdur. Bir dəfə bir türk yazıçı gəlmişdi, onu götürüb apardım Qarabağa. Hara gedirik, camaat gəlir, görüşür, öpüşür, qucaqlaşır. Dedi bu səni yormur? Dedim əksinə, çox xoşdur.

–  Heç özəl işlərinizə görə gözdən uzaq qalmaq, tanınmamaq istəyiniz olub?

– Yox. Bir dəfə oğlumla İstanbula getmişik. Yol yorub, həkimə girmişik, bir az əsəbiyəm. Oğlum dedi ki, deyəsən səni burda tanıyan yoxdur deyə, əsəbiləşmisən, pis olursan. Günorta  açıq havada bir restoranda nahar eləməyə oturduq. Biz menyunu deməmiş süfrəmizi dəyişdilər, masanın üstünə müxtəlif yeməklər düzüldü. Dedim nə məsələdir? Qarson dedi ki, yan masadakı 3 oğlan sifariş edib sizə. Mən düşündüm ki, çıxanda hesablarını mən ödəyərəm. Ofisianta öncədən dedim. Çünki iznsiz hesab ödəmək etiket qaydalarını pozur. Məndən qabaq hesabı verib getmişdilər. Oğluma dedim, “görürsənmi, burda məni nəinki tanıyırlar, hətta hesabımı da verirlər”.

– Eşitdiyimə görə, siz özünüz də hesab verməyi, qonaq etməyi sevən adamsız. Hətta Nəşriyyatın binasında çoxları nahara sizinlə eyni vaxtda düşürmüş ki hesablarını siz ödəyəsiniz?

– Hə şair, yazıçı, jurnalistlərin hesablarını mən ödəyirəm. Hətta sonra uşaqlar gedib yeyib-içib deyirmişlər Aqil müəllimin hesabına yaz (gülür). Olur. Mən bundan incimirəm. Xoşuma gəlir. Hansı bir restoran girirəmsə, orda hərbiçi varsa, rütbəsindən asılı olmayaraq mənim üçün əsgərdir, bizi qoruyandır, mütləq hesablarını ödəyirəm. Şəkil də çəkdirirlər. Deyirəm siz deputatla şkil çəkdirmirsiniz, mən torpağı qoruyan oğullarla şəkil çəkdirirəm.

– Buna heç deputat maaşı da yetməz. Əlavə biznesiniz var?

– Allah yetirər. Heç su budkam da yoxdur. Maaşımdı, özüməm, ailəmdi. Çatdıra bilirəm. Bir gün  siqareti az çəkərəm, bir dəfə evimdə daha az yeyərəm, pul çatar. Xeyirxah adama Allah yetirir. Səhər yuxudan durusan ki, cibində pul var.

– Bu yaxınlarda verdiyiniz bir açıqlamada “futbolumuzun içinə eləyiblər” demişdiniz. Futbolumuz sizi infarkt həddinə çatdırmır?

– Təbii ki, əsəbiləşirəm. Futbol  böyük bir mədəniyyətdir. Bizimkilər top-top oynayır, futbol ayrı şeydir. Uşaq futbolu yoxdursa, kənd  futbolu yoxdursa, rayonlarda idman meydanları boş qalıbsa, Olimpiya Mərkəzlərinin tikib, ağzına qıfıl vurulubsa, məktəblərarası çempionatlar keçirilmirsə, futbol inkişaf edərmi? Ən böyük günah AFFA-dadır. Necə ki, el-el gəzib muğam oxuyanları tapırlar, elə də istedadlı uşaqları,  futbolçuları tapmaq lazımdır. Birdən-birə futbol və futbolçu olmur.

– Biraz da öz sahəmizdən, mətbuatımızdan danışaq. Mətbuatımızın bu günü siz qane edir?

– Qətiyyən yox. Hamı xəbər dalınca qaçır. Kim kimi döydü, kimin harasından çiban çıxdı, hansı müğənninin sinəsi nə boydadır, kim kimə tüpürdü. Araşdırma,  maarifləndirici  jurnalistika yoxdur, hamı xəbərçi olub. Xəbəri birinci yaymaq uğrunda savaş gedir. Rayonlara qəzet gedib çatmır. Rayonlar var ki, qəzet köşkü yoxdur, kitabxanalar, kitab mağazaları ləğv olunub. Bir dəfə qəzet aparmışdım rayona, qəzeti görüb sevindilər. 20 ildir qəzet görmürlərmiş.Oxunmayan qəzet həmişə təzədir. Oxudular. Bu məsələ yaralı yerimizdir. Amma inanıram ki, zamanla bu da yoluna qoyulacaq.

casibomistanbul escortcasibommatbetcasibom girişcasibomgrandpashabet 2198casibom güncel girişextrabetistanbul escort bayanholiganbet girişjustintvjojobetmatadorbetdumanbetdumanbetdumanbetbetistsekabet girişasyabahisjojobet girişKonya escortcasibom yeniKonya escortGrandpashabetGrandpashabetSpincofixbetdumanbetdumanbetdeneme bonusu veren sitelermarsbahiscasibom girişcasibomJojobetbakırköy escortAtaşehir Escortcasibomjojobet güncel girişextrabetcasibom girişmarsbahisgüvenilir bahis sitelerimarsbahis girişjojobet güncel girişsahabetjojobet girişcasibom 715 girişİstanbul escort bayansafirbethiltonbetbetmoonmarsbahis güncel girişjojobet girişjojobet girişjojobet girişmarsbahis güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişpusulabetcasibomdumanbetcasibomextrabetcasibomjojobetcasibombahiscom güncel girişmeritking güncel girişcasibomPusulabet güncel girişmeritkingmatadorbetankara escortcasibom güncel girişcasibomgrandpashabetsahabetonwinsekabetsekabetsekabetholiganbetjojobetMeritkingbahiscom güncel girişbetwoonbetwoonextrabetGrandpashabetgrandpashabetbetistholiganbetjokerbetmeritkingsahipleniyorummatbetzbahismeritbet güncel girişmatbetmarsbahisBornova Escortbetturkeymatadorbetcasibomcasibomcasibombettilt girişjojobet giriscasibom girişkavbetmarsbahis girişcasibom girişcasibom girişmatadorbet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişsophie rain leakdeneme bonusu veren sitelercasibom girişcasibomGrandpashabetbetwooncasibomTuzla Escort - Tuzla Escort Bayan matbetKarşıyaka Escortbaywin girişbaywinbetcioGrandpashabetcasinolevantbettiltbetofficejackpot partyonwinonwin girişdeneme bonusu veren sitelergrandpashabetbahiscombahiscomlunabetmatadorbetvevobahiscasibom girişcasibom girişjojobet girişmeritking girişbetparkbetparkimajbet güncel girişmatbet güncel girişcasibom girişcasibom güncel girişbayrampaşa günlük kiralık evsekabet güncel girişsahabet güncel girişonwin güncel girişmarsbahis güncel girişholiganbet güncel girişjojobet güncel girişjojobet güncel girişmatadorbet güncel girşartemisbet güncel girişrestbet güncel girişpusulabet güncel girişmeritking güncel girişjojobetjojobetonwinmarsbahisvevobahisyouwinlunabetlunabetfixbet güncel girişotobet güncel girişlunabetgalabetpusulabet güncel girişmatadorbet girişgrandpashabet girişsahabet girişonwin girişsekabet girişpinbahispinbahisholiganbet girişjojobet girişmatbet girişimajbet girişmarsbahis girişbahsegelmatadorbet girişmarsbahisgalabetjojobetjojobetcasibom girişmatadorbetcasibom güncel giriş