Sabirabadda əkin sahələri bir yana, sakinlər içməli suya da həsrət qalıblar-FOTOLAR

“Sabirabad yayonunda Kür çayındakı suqəbuledici qurğu olan stasionar nasos stansiyası əjdaha olub suyun qarşısını kəsib. Sakinlərin sözü ilə desək beton katlavana su çıxmır.

 

Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Sabirabadın Azadkənd kəndi ərazisində Kür çayından qidalanan “Muğansutikinti” ASC-nin Şirvan filialı tərəfindən tikilmiş «H» kanalı Respublikanın səmərəliliyi olmayan layihələrdən biridir.

 

Bunu Məcra.az-a açıqlamasında Sabirabad rayon sakinləri bildirib. Onların sözlərinə görə adı çəkilən kanal bu gün suya ehtiyacı olan kəndləri ödəyə bilmir:

 

Böyük həcmdə investisiya qoyulmasına baxmayaraq nəzərdə tutulan formada işləyə bilməyən kanal Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərini təmin edə bilmir. Kanalın işə düşməsiylə 11 min 500 hektar əkin sahəsi su ilə təmin olunmalı idi. Kanal tikilməyə başlayanda deyirdilər ki, stansiyanın suötürmə gücü saniyədə 10 kubmetr olacaq.

Amma hazırda adı çəkilən kəndlərdə yaşayan insanlar su üzünə həsrət qalıb. Əslində əksər vaxtlarda insanlar özləri bir çox dövlət əhəmiyyətli layhələrin çəkilməsi zamanı tələskənlik edirlər. Hələ kanal tam çəkilməmiş onun səmərəli olması barədə 100-150 nəfər sakin adından ölkə Prezidentinə təşəkkür məktubları yazdırdılar. İndi isə kanlın su götürə bilməməsinin əsas səbəbi kimi, mənbədə inşa edilən stasionar nasos stansiyasının düzgün inşa edilməməsi əsas gətirilir. Həqiqətən də nasos stansiyasında qurulmuş 4 ədəd su nasosu Kür çayından su götürə bilmir. Kür bol sulu axdığı dövrdə belə nasosların su qəbul etməsi mümkünsüzdür.

Çayda axan su nasosların borusundan aşağıda axıb stansiyanin önündən keçib gedir və nasoslar suyu qəbul edə bilmir. Nasosların tam gücü ilə çalışması üçün su ən azı 45 metr məsafədə beton katlavan üzəri ilə axıb nasoslara çatmalıdır. Bu isə hələ Kür bol sulu axan zaman mümkün olmur. Hələ son dövrlər çayda sululuğun azaldığını nəzərə alsaq, qətiyyən kəndlərə su vurula bilmir. Payızlıq arpa, buğda və yoncaları suvarıb arat işləri aparmaq bir yana, insanlar içməli suya da həsrət qalıblar”.

 

PAGE TOP