Bakıda uzun sürən xəstəlikdən intihar edən tələbə Qax rayon sakinidir.
Məcra.az-ın APA-ya istinadla xəbərinə görə, Gülşən Fəzamir oğlu Abbaslı 2002-ci ildə rayonun Turaclı kəndində anadan olub. Onun qan xərçəngi xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Xəstəliyə dözə bilməyən G. Abbaslı bu gün səhər saatlarında müalicə aldığı xəstəxana binasının üçüncü mərtəbəsindən özünü ataraq intihar edib.
G. Abbaslının nəşi axşam saatlarında ailəsinə təhvil verilib və o, sabah doğulduğu kənddə dəfn ediləcək.
***
17.15
Xəbərə foto əlavə olunub.
***
Saat: 13:40
Bakıda gənc qız özünü xəstəxana binasından atıb.
Lent.az xəbər veri ki, hadisə bu gün səhər saatlarında Milli Hemetologiya və Transfizioligiya Mərkəzində qeydə alınıb. Burada müalicə alan xərçəng xəstəsi 21 yaşlı Gülşən Abbaslı binanın 3-cü mərtəbəsindən özünü ataraq xəsarət alıb. O, yerləşdiyi Kliniki Tibbi Mərkəzdə ölüb.
G. Abbaslı Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin III kursunda təhsil alırdı.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.