Səhiyyə Naziri Teymur Musayevin əmri ilə Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayevin vəzifəsindən kənarlaşdırması Azərbaycan səhiyyəsini məhvə sürükləməkdir.
“Regionaz.tv” xəbər verir ki, Azərbaycan Səhiyyəsinə öz peşəkarlığı ilə tövhə verən və yüzlərlə körpələri ölümün pəncəsindən xilas etmiş doktor Allahverdi Musayev özünə məxsus olan sosial şəbəkə vasitəsi ilə paylaşdlğı fikirlər cəmiyyətdə böyük təəssüf hissi yartmışdır.
Dr. Allahverdi Musayev sosial şəbəkə vasitəsi ilə o bildirb ki, üç ilə yaxın çalışdığım Elmi Tedqiqat Pediatriya İnstitutundakı çalıştığım işimden Səhiyyə Naziri Teymur Musayevin əmri ilə ayrıldım,
Təvazükarlıqdan uzaq olsa da bu qısa müddətdə hər şeydən öncə vicdanla, dürüstcə üzərimə götürdüyüm məsuliyyətin öhdəsindən gəldiyimi və Azerbaycan Pediatriya və uşaq Cərrahiyəsi sahəsində ölkə üzrə uşaq ölümlərinin və əlilliyin sayının azaldılmasında, modern müalicə protokollarının tətbiqində, saysız təşkil etdiyimiz təlim (seminarlar, NRPİ, ÇİYAD kurslarla) və konfranslarla həkimlərin bilik və bacarığının artırılmasında ciddi bir dönüşə nail olduğumuzu düşünürəm. Təbii ki bu birlikdə çalışdığım ETPİ komandasının işi danılmazdır.
Göstərdikləri etimada görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kolektivinə, şəxsən cənab Zaur Əliyev və TEBİB ailəsinə, başda cənab Vugar J. Gurbanova və gecə-gündüz çiyin-çiyinə çalışdığımız fədakar direktor müavinlərinə, şəxsən Azər Əhmədova sonsuz təşəkkürümü bildirirəm.
Eyni zamanda həyata keçirilən müsbət dəyişikliklərdə danılmaz əməyi olan bütün ETPİ kollektivinə (həkimindən kiçik tibb işçisinə) təşəkkürümü bildirirəm.
P.S: Fəaliyətimiz dövründə xaricdə təhsil alan uzman həkimlərin cəlb olunması, uşag ölümünü 6,5% dən 2.8% qədər azaltmag, xəstəxananın xidmət çeşidlərinin artırılması, ağır vəziyətdə olan uşaglara yardım etmək, sağlığına govuşdurmag, əlilliyin azaldılması, Labaratoriya xidmətin yaxşılaşmasına, tibb personalının müasir protokolara əlçatanlığının artırılmasına Nail olmuşuq!
“Regionaz.tv” olaraq çox təəssüf hissi keçirirk ki, Azərbaycan səhiyyəsinə uğur qazandırmış və öz peşəkar bacarığı ilə yüzlərlə uşağ ölümünün qarşısının alınmasında misilsiz xidmərləri olmuş Allahverdi Musayev kimi doktoru vəzifədən kənarlaşdırıb.