Beyləqanda “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) rəhbərliyi ilə həyata keçirilən layihə müsbət nəticələr verir.
Xəbər verdiyimiz kimi layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir və layihənin büdcəsi 32000 AZN təşkil edir.
Layihə AİİB-in rəhbərliyi və idarəçiliyi altında daha iki QHT-nin iştirakçılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə həyata keçiriləcəkdir. Koalisiyaya daxil edilmiş digər iki QHT, ”Şəfa”Psixoloji Sosial Yardım” İctimai Birliyi və “Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai Birliyidir.
Layihənin məqsədi “Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək”dən ibarətdir.
Layihənin digər kompanentləri ilə yanaşı, artıq layihənin hədəf coğrafiyasında yerləşən Vətən Müharibəsi qazilərinə 1-i Xocavənd qəsəbəsində, 1-i Fizuli qəsəbəsində, 1-i Əlnəzərli kəndində və 2-si Beyləqan rayon mərkəzində olmaqla, cəmi 5 ədəd hər biri 20 m * 5m ölçüdə istixanaların quraşdırılması işi başlanmışdır.
Beyləqan rayon mərkəzində bir ədəd və Xocavənd qəsəbəsindəki bir ədəd istixananın metal karkası qurulmuş, qapılar hazırlanaraq quraşdırılmışdır. Bu proses digər 3 nəfər faydalananların həyətyanı sahəsində də aparılacaq.
Karkas qurulduqdan sonra metal borular rənglənəcəkdir, dayaqların dibi betonlanacaqdır.
Növbəti prosses olaraq torpağın 1-ci əkini (şumlanması) yerinə yetiriləcəkdir. Aqrotexniki normalara uyğun olaraq müvafiq gübrələr veriləcək (lazım gəldiyi halda zərərvericilərə qarşı mübarizə dərmanları da torpağa veriləcəkdir) və yenidən şumlanacaqdır.
Sonra polietilen örtük çəkiləcəkdir. Damcılı suvarma sistemi quraşdırılacaqdır. Nəhayət pomidor şitili köçürüləcəkdir.
Qeyd emək lazımdır ki, şitil yataqları hazırlanıb, toxum səpilib, bitki inkişafı normaldır. 20-25 mart arası şitilin köçürülməsini planlayırıq.
Layihənin icraçıları hesab edir ki, bənzər layihə ölkənin digər regionlarında da həyata keçirilə bilər və biz təcrübəmizi istənilən vətəndaş cəmiyyəti nümayəndələri ilə bölüşməyə hazırıq ki, digər QHT, İcra Hakimiyyəti və biznes qurumları da, bu humanitar təşəbbüsü genişləndirsinlər.
AİİB-in sədri: Eyyub Hüseynov